Menu

“Nadejdin heç kimdir...” - “Rusiyada hakimiyyət yalnız “qanlı inqilab”la dəyişə bilər”

14.02.2024, 17:44
“Nadejdin heç kimdir...” - “Rusiyada hakimiyyət yalnız “qanlı inqilab”la dəyişə bilər”

Rusiyada prezidentliyə namizədliyi irəli sürülən, lakin MSK tərəfindən müxtəlif bəhanələrlə qeydə alınmayan Boris Nadejdin bundan sonra mübarizə aparmayacağına, fədakarlıq etməyəcəyinə eyham vurub. Müharibənin dayandırılmasını tələb edən yeganə namizəd kimi tanınan Nadejdin bununla yanaşı, işğalçı qoşunların Ukrayna ərazilərindən çıxarılması barədə birmənalı mövqe orta qoymayıb.

O, eyni zamanda, Prezident olacağı təqdirdə belə, Krımdan vaz keçməyəcəyini bəyan etmişdi. Bütün bu və digər açıqlamaları, sürüşkən mövqeyi səbəbindən çoxları Nadejdinin həqiqətən də “Kremlin layihəsi” olduğu qənaətinə gəlirlər...

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sözçüsü Mixail Podolyak jurnalistlərin Boris Nadejdinlə bağlı sualına cavab verərkən, onun heç bir dəyər daşımayan, mənasız fiqur olduğunu deyib: 

“Birincisi, hələ ki, Rusiya Federasiyasında işğalçı qoşunları çıxarmağa və danışıqlara hazır olan aydın təsəvvürlü siyasətçilər yoxdur. Orada siyasət yoxdur, rəqabət yoxdur.

İkincisi, Nadejdini kiminləsə müzakirə edərkən boş yerə vaxtınızı itirirsiniz. Bu, namizəd deyil, hətta qanuni olaraq da artıq namizəd deyil və buna uyğun olaraq o, azad müxalifətin də təcəssümü deyil... Bizim isə milli maraqlarımız Nadejdin kimi subyektlərlə qətiyyən kəsişmir, burada kəsişmə nöqtələri yoxdur”.

Podolyak qeyd edib ki, Nadejdinin timsalında Rusiya liberal cəmiyyəti bir növ bəhanə qazandı və görüntü yarartdı ki, guya döyüşür, mübarizə aparır: "Düzünü desəm, buna niyə vaxt sərf etdiyimizi belə bilmirəm, çünki o, heç bir şeyə təsir etmir. Bu personaj heç kimdir, mövcud deyil. Bir müddətdən sonra onun soyadı da unudula bilər...”

Podalyak rus liberallarının “ağ əlcəklərdə, qan tökmədən” Rusiya daxilindəki siyasi sistemi dəyişdirə biləcəklərinə inandıqlarına şübhə edir. Podolyak bunu “infantilizm” adlandırıb və vurğulayıb ki, Rusiya Federasiyasında hakimiyyətin dəyişdirilməsi yalnız “qanlı inqilab” yolu ilə mümkündür.

Qeyd edək ki, Nadejdin Rusiyada yalnız 2023-cü ildə müharibə əleyhinə çıxan namizəd kimi şöhrət qazanıb. Lakin Rusiya Mərkəzi Seçki Komissiyası onu namizədlər siyahısına daxil etməyib. Bunun formal səbəbi onun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün topladığı imzalarda guya çoxlu sayda səhvlərin olmasıdır.

C.Məmmədov

“AzPolitika.info”   

Şərhlər

Podolyaxa 2024-02-14 18:01:59

Hər halda amerikanın maşası kuklası oyuncağı deyil səni kimi xalqını amerikanın qurduğu oyunlara qurban verəsi deyil heç öz özünə fikirləşirsənmi sən kimsən ay satqın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol