Rusiya lideri Vladimir Putin ABŞ prezidentliyi uğrunda yarışda hansı namizədi dəstəklədiyini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, Putin dövlət televiziyasına müsahibəsində seçkilərdə Donald Trampın əvəzinə Co Baydenin qalib gəlməsini arzuladığını bildirib.
Putin Co Baydenin Rusiya üçün Donald Trampdan daha yaxşı ABŞ prezidenti olacağını ifadə edərək, həmkarının yaşı və bu vəzifəyə yararsız olduğuna dair narahatlığın yersiz olduğunu dilə gətirib.
Putin, ABŞ liderinin “daha təcrübəli, proqnozlaşdırıla bilən, köhnə tipli siyasətçi” olduğunu deyib. O, əlavə edib ki, Rusiya istənilən ABŞ lideri ilə işləməyə hazırdır.
“AzPolitika.info”


Şərhlər
Siyasi gedişdir bu. Baydenin tərəfində olduğunu bildirib, Amerikan ictimaiyyətində Baydeni hörmətdən salmaq, Trampla olan oxşar düşüncələrindən ictimaiyyətin diqqətini yayındırmağa cəhddir bu. Ağıllı adamlar bunun fərqindədir, ancaq, kütlə bunu sezə bilmir, Putlerin bir sözünə inanaraq yalnış adama şans verə bilərlər