Menu

"Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışacağam" - ABŞ səfiri

15.02.2024, 15:34
"Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışacağam" - ABŞ səfiri

Azərbaycanla münasibətlərimizi daha da dərinləşdirmək istiqamətində imkanlar var.

APA xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya açıqlamasında deyib.

Diplomat Azərbaycanda fəaliyyətə başlamağından məmnun olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, Ukraynaya humanitar yardım kimi sahələrdə əməkdaşlığı, prioritetləri var.

Səfir keçən aylar ərzində Azərbaycan-ABŞ münasibətlərində müəyyən anlaşılmazlıqların, əlaqələrdə gərginliyin olduğunu və Azərbaycan tərəfindən tənqidlər səsləndiyini qeyd edib: “Biz Azərbaycanı hər zaman müstəqil, güclü, heç bir qonşusunun təzyiqinə məruz qalmayan və qonşuları ilə sülh şəraitində yaşayan ölkə kimi görmək istəyirik. Bu, həm ABŞ-nin, həm də Azərbaycanın marağındadır”.

Diplomat əlavə edib ki, onun gündəliyi müsbətdir: “Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışmağa davam edəcəyəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol