Kreml hesab edir ki, 2025-ci ildə Ukrayna qüvvələrini kapitulyasiyaya məcbur etmək və müharibədə qalib gəlmək üçün onun ordusunun gündəlik 15 min mərmiyə ehtiyacı var.
Bu, hazırda Ukraynada Rusiya artilleriyasının gündəlik istifadə etdiyi mərmi sayından 5000, Rusiya sənayesinin hər gün istehsal etdiyindən isə 9000 mərmi çoxdur. “AzPolitika.info” xəbər verir ki, “Forbes”-in məqaləsində belə deyilir.
Yazıda qeyd olunur ki, bu çatışmazlığı kompensasiya etmək üçün Kremlin iki yolu var. Birincisi, o, hələ də uzunmüddətli saxlamada olan təxminən üç milyon köhnə mərmidən bəzilərini bərpa etməyə, ikincisi, İran və Şimali Koreyadan əlavə mərmi tədarük etməyə cəhd edə bilər: “Rusiya qüvvələri gələn il əsasən 152 mm-lik mərmilərinin əhəmiyyətli çatışmazlığı ilə üzləşəcək. Rusiya batareyaları müharibənin əvvəlində gündə 60 minə qədər mərmi atıb. Bu səbəbdən Rusiyanın ehtiyatları tez tükənib. On səkkiz ay sonra, 2023-cü ilin sonunda ruslar gündə cəmi 10.000 mərmi ata biliblər. Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, 2022-ci ilə qədər Rusiya sənayesi ildə yalnız 400.000 mərmi istehsal etmək gücündə idi. İndi istehsal artır. İki illik müharibə Rusiyanın müdafiə sənayesinə xərclərin iki və ya üç dəfə artmasına səbəb oldu. Ruslar artilleriya mərmilərinin illik istehsalını 2,1 milyona çatdırıblar. Lakin bu, bu il və ya gələn il ərzində Rusiyanın Ukraynada qələbəsini təmin edəcək sayın yarısıdır”.
Yazıda o da qeyd olunur ki, Rusiya anbarlarında daha üç milyon köhnə mərmi ola bilər, lakin onların əhəmiyyətli hissəsi pis vəziyyətdədir.
“AzPolitika.info”


Şərhlər