“RUSİYA TƏLƏSİR, BİZ TƏLƏSMƏMƏLİYİK...” – “Zəngəzur dəhlizinə heç bir üçüncü ölkə tərəfindən nəzarət olmamalıdır”

Azad Demokratlar Partiyasının sədri, geosiyasət üzrə mütəxəssis Sülhəddin Əkbər regionda gedən proseslərlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb. O, Prezidentin andiçmə mərasimində yeni dövrlə bağlı açıqladığı konsepsiyasını dəyərləndirib, Azərbaycan-Ermənistan münaqişəsinin həlli, Rusiya hərbçilərinin ölkədən çıxarılma perspektivlərini, Qərb müstəvisində sülh danışıqlarının bərpa imkanlarını şərh edib.

Müsahibəni təqdim edirik:

- Sülhəddin bəy, ölkə başçısı andiçmə mərasimində yeni dövrlə bağlı konsepsiyasını açıqladı. Qarşıdakı dövrdə Azərbaycanın əsas vizyonu, istiqaməti nədən ibarət olacaq?

- Xarici siyasət prioritetlərindən söhbət gedirsə, açıqlanan və açıqlanmayan məsələləri nəzərə alsaq, təbii ki, ilk növbədə Moskva ilə müttəfiqlik münasibətlərinin gücləndirilməsi, Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi, Türk Dövlətləri Təşkilatı daxilində aktivlik nümayiş etdirilməsi kimi məsələlər nəzərdə tutulub. Üçüncü məsələ haqqında dövlət başçısı geniş danışdı. Bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki yeni dünya nizamı qurulur, bizim də öz geopolitik proyektimiz olmalıdır və yeni dünya nizamında türk dövlətlərinin, o cümlədən Azərbaycanın öz layiqli yerini tutması üçün oyunçu olmasına ehtiyac var. Azərbaycanın kiçik dövlət olduğunu, müharibənin hələ yeni başa çatdığını və gələcəyin də qeyri-müəyyən olduğunu nəzərə alsaq, bizim geopolitik çəki yığmağa ehtiyacımız var. Bu baxımdan, Azərbaycanın öz gücü təkbaşına yetərsiz olduğuna görə onun Türkiyə başda olmaqla, türk dövlətlərinə böyük ehtiyacı var. Yəni türk dövlətləri doğrudan da birləşə, geopolitik gücə çevrilə bilərsə, o zaman yeni dünya nizamında həm bütövlükdə, həm də ayrı-ayrılıqda layiqli yer tuta bilərik. Amma bu o demək deyil ki, Azərbaycan siyasi, iqtisadi, mədəni və humanitar baxımdan inkişaf etmiş dünya ilə əlaqələrini kəsməlidir. Tam tərsinə, bu istiqamətdə qardaş Türkiyənin apardığı siyasətdən nümunə götürmək lazımdır. Türkiyə on illərdir Avropa Birliyinin qapısında gözlədilməsinə baxmayaraq, Avropa Birliyi üzvlüyündən, namizədlik statusundan imtina etmir. Əksinə, hər fürsətdə bu prosesi aktivləşdirmək istəyir. Eyni zamanda Türkiyə artıq 70 ildən çoxdur ki, NATO-nun üzvü, Qərb dünyasının bir parçasıdır. Bu baxımdan, Azərbaycanın bütün məsələlərdə Türkiyə ilə birgə hərəkət etməsinə ehtiyac var. Yəni Avropa Birliyi, NATO və ABŞ ilə münasibətlərini inkişaf etdirməlidir. ABŞ bütün tənqidlərə və problemlərə baxmayaraq, dünyanın ən güclü dövlətidir. Yeni dünya nizamı quruculuğuna, kollektiv Qərbə liderlik edən bir ölkədir.

- Əgər Avropa Birliyi və NATO Azərbaycanı orada görmək istəmirsə, necə olacaq?

- Ola bilsin ki, Avropa Birliyi Azərbaycanı öz tərkibində görmək istəməsin. Amma bizə bu standartları yaxalamaq lazımdır. Bizə Avropa Birliyi üçün yox, öz milli maraqlarımız üçün demokratikləşmək lazımdır. Müasir mədəniyyət səviyyəsinə çıxmaq lazımdır. Bizim babalarımız 100 il bundan öncə artıq bu yolu seçiblər. Nəyə görə bu yolu seçiblər? Ona görə ki, inkişafın, tərəqqinin yolu olduğunu biliblər. Çünki müasir dünyada əsl inkişaf (insan mərkəzli olmaqla, hərtərəfli, dayanıqlı və davamlı inkişaf) demokratik inkişaf yolundan keçir. Biz müasir dünyada inkişaf etmiş ölkələrin də məhz demokratik ölkələr olduğunu görməliyik. Söhbət insan mərkəzli siyasətdən - cəmiyyətin və dövlətin siyasi, iqtisadi, sosial, hüquqi və mədəni inkişafından gedir. Bu da yalnız demokratik dünyada mümkündür.

İkincisi, cəmiyyətin və millətin bütün gücünü mobilizasiya etməyin əsas yolu demokratik inkişafdır. Digər idarəçilik formaları yalnız bir adamın, yaxud da bir qrupun, ən yaxşı halda bir təbəqənin gücündən istifadəyə imkan verir. Siyasi-fəlsəfi, siyasi-praqmatik baxımdan da insanın, cəmiyyətin və dövlətin maraqları baxımından da demokratik inkişaf yolu qaçılmazdır, zəruridir. Biz demokratik inkişaf, demokratik dünyaya inteqrasiya yolunu seçməliyik.

- Prezident çıxışında həm də Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının şərtlərindən bəhs etdi. Söhbət Ermənistanın hüquqi əngəlləri aradan qaldırmasından, ərazi iddiaları əks olunan Müstəqillik aktı və Konstitusiyasının dəyişdirilməsindən gedir. Prezident bildirdi ki, əks təqdirdə, sülh sazişi olmayacaq. Bu bəyanat yaxın dövrdə sülh prosesini tezləşdirə bilərmi? Sizcə, bu ziddiyyətlər davam edərək başqa bir müstəviyə keçə bilərmi?

- Birincisi, nəzərə almalıyıq ki, yeni dünya nizamı qurulur və bununla bağlı geopolitik savaşlar gedir. Bu savaşın bir parçası da bizim torpaqlarımızda baş verir. Yəni bu münaqişə geopolitik xarakterli münaqişədir. Bu geopolitik qarşıdurma neçə ki, davam edir, münaqişənin həllini problemli görürəm. Söhbət hüquqi baxımdan nəticələrin təsbit olunmasından, sülh müqaviləsi ilə münasibətlərin normallaşmasından gedir. Xüsusi məsələlərə gəldikdə, burada iki yanaşma var. Azərbaycan tərəfinin yanaşmasını, qeyd etdiyiniz kimi, dövlət başçısı açıqlayıb. Bu, haqlı yanaşmadır. Çünki Ermənistan milli qanunvericiliyinə, Konstitusiyasına əsasən bağlanacaq sülh müqaviləsi qanuna zidd olacaq. Orada həm Azərbaycana qarşı, o cümlədən Qarabağ məsələsi ilə bağlı, həm də Türkiyəyə qarşı ərazi iddiaları var.

- Ancaq Paşinyan dedi ki, “bu bizim daxili məsələmizdir”...

- Azərbaycanın yanaşması haqlı yanaşmadır. Çünki Ermənistan Azərbaycana və qardaş Türkiyəyə qarşı öz milli qanunvericiliyində təsbit olunmuş iddialarından əl çəkməyib. Ona görə də bu müqavilənin baş tutması mümkün olmayacaq. Ermənistan sülh müqaviləsi layihəsində nəzərdə tutulduğu kimi, öz qanunvericiliyini nəzərə almadan üzərinə müəyyən öhdəliklər, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı öhdəlik götürə bilər. Amma Ermənistan sülh müqaviləsini parlamentdə ratifikasiya etməlidir. Ratifikasiya edəndə məsələ qalxacaq ki, bu, Konstitusiyaya ziddir və iş gedəcək Konstitusiya Məhkəməsinə. Konstitusiya Məhkəməsi də həqiqətən bunun Konstitusiyaya zidd olduğunu bildirəcək və bu sənədin ratifikasiyası mümkün olmayacaq. İkinci bir tərəfdən, Paşinyan nə zamansa hakimiyyətdən gedəcək, rejim dəyişəcək və bu məsələ yenə mübahisələndiriləcək. Ona görə də Azərbaycanın yanaşmasını haqlı hesab edirəm. Həqiqətən də, əgər Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası yoxdursa, onda sual yaranır ki, niyə dəyişikliyə getmir?

- Paşinyan göstərməyə çalışır ki, daxili müqavimət var...

- Amma bu məsələni Paşinyan özü də qaldırıb axı. Digər tərəfdən, daxili müqavimət artıq Ermənistanın daxili işidir. Ermənistan daxili problemini özü həll etməlidir. Məncə, bu bir bəhanədir. Paşinyan müharibədən yeni çıxmış Ermənistanda keçirilən seçkidə qalib gəlib. Deməli, erməni cəmiyyətinin əksəriyyəti bu yanaşmanı dəstəkləyir. Bu baxımdan, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının çoxluqda olduğunu və cəmiyyətin əksəriyyətinin bu çoxluğu dəstəklədiyini nəzərə alsaq, bu, mümkündür. Ona görə də Azərbaycan bu məsələni hüquqi baxımdan birdəfəlik həll etməlidir.

- Arxa planda bir neçə ciddi fikir ayrılığı var ki, sülhə mane olan faktorlar onlardır. Burada Zəngəzur dəhlizinin açılması şərtləri, sərhədlərin dəqiqləşdirilməsi mexanizmləri və beynəlxalq qarantiyalar məsələsini qeyd etmək olar... 

- Bəli, əvvəla sülh müqaviləsinin bağlanması üçün geopolitik ziddiyətlər aradan qalxmalıdır. İkincisi, konkret sülh müqaviləsi ilə bağlı olan problemlər də geopolitik məsələlərlə əlaqədardır. Bu durumla bağlı üç məsələ var: Birincisi, Ermənistan və onun havadarları beynəlxalq zəmanətçi məsələsində maraqlıdır. Burada Rusiya, ABŞ və Qərbin maraqları üst-üstə düşür. Həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi beynəlxalq təminat istəyirlər. Yəni bu sülh müqaviləsi beynəlxalq iştirakla bağlansın və beynəlxalq təminat olsun. İndi beynəlxalq təminatçılıq uğrunda mübarizə gedir.

İkincisi, sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Bu da yenə sərhəd məsələsidir və özündə münaqişə potensialı daşıyır.

Üçüncü məsələ Zəngəzur dəhlizinin hansı şərtlərlə açılmasıdır. Həmçinin Zəngəzur dəhlizinin açılacağı təqdirdə təhlükəsizliyə təminat məsələsi də var. Yəni öz həllini gözləyən 3 məsələ var. Bu baxımdan, münaqişənin tezliklə həll ediləcəyini gözləmirəm.

- Fevralın 12-də Zəngilan istiqamətində lokal qarşıdurma oldu. Burada iki məsələ ortaya çıxır. Birincisi, Azərbaycana Ermənistandan atəş açılan ərazidə Avropa İttifaqının missiyası yoxdur. Çünki oradakı Rusiya sərhədçiləri buna imkan vermir. İkincisi, atəş açanlar “Yerkrapa” terror təşkilatının nümayəndələridir. Ermənistan hakimiyyəti bəyan etdi ki, onlar nizami orduya daxil deyillər. Üçüncü məsələ Azərbaycanın sərt reaksiya verməsidir. Sizcə, bütün bu məqamlar nədən xəbər verir?

- Bu, geopolitik qarşıdurmanın şiddətlənməsindən, məsələnin həllində tərəflərin siyasi-diplomatik müstəvidə qarşıya qoyduğu hədəflər uğrunda mübarizəsinin kəskinləşməsindən xəbər verir. Yəni məsələ hərb meydanında bitib, indi siyasi, diplomatik, hüquqi müstəvidə davam edir. Yaranmış vəziyyətdən və onun inkişaf perspektivindən narazı qalan və narahat olan tərəflər bu prosesi pozmaq istəyirlər. Sizin saydığınız faktorlara birini də mən əlavə edim. Bilirsiniz ki, Şarl Mişel hər iki tərəflə əlaqə saxlamışdı. Hər iki lider yenidən Brüsseldə görüşməyə razılıq vermişdi. Digər tərəfdən bu təxribat birbaşa Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının Brüsseldə keçiriləcək beşinci toplantısı ərəfəsində baş verdi...

- Həmin gün xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə idi...

- Bəli. Burada bütün oxlar Rusiyanı göstərir. Çünki Rusiya təşəbbüsü əldən vermək istəmir.

- Yeri gəlmişkən, KTMT-nin Baş Qərargah rəisi Serdyukov da Qərbi ittiham etdi...

- Baş Qərargah rəisinin açıqlaması da bu kontekstdə oxunmalıdır. Onlar görürlər ki, təşəbbüsü itirirlər. Təşəbbüs əldən çıxarsa, Rusiyanın Qafqazdan çıx(arıl)masının önü açıla bilər. Çünki Rusiyanın hərbi iştirakının Azərbaycanda qalması, qorunması üçün ilk növbədə ermənilər yenidən bölgəyə qayıtmalı, dəqiq desək, qaytarılmalı və Rusiyanın silahlı qüvvələri “sülhməramlı” adı altında bu ərazidə qalmalıdır. Rusiyanın hərbi mövcudluğunun Ermənistanda qalması və möhkəmləndirilməsi üçün isə Zəngəzur dəhlizi açılmalı və ora nəzarət də FSB-də olmalıdır. Gürcüstanda hərbi mövcudluq üçün isə rus hərbçiləri həm Ermənistanda, həm də Azərbaycanda qalmalıdır. Görürsünüz, bu məsələlər necə bir-birinə bağlıdır. Ermənistan açıq şəkildə Moskvanın vasitəçiliyinə, Rusiyanın dəhlizə nəzarətinə qarşı çıxır. Tam tərsinə, ABŞ-nin, Fransanın, Avropa Birliyinin regionda aktivləşməsini dəstəkləyir. Yəni Rusiyadan uzaqlaşmağa paralel olaraq sadaladığım mərkəzlərlə münasibətləri yaxınlaşdırmaq xətti götürüb. Bu da Rusiyanı çox ciddi narahat edir.

- Azərbaycan niyə Rusiyaya qarşı çıxmır?... 

- Birincisi, bu, siyasi toxuma uyumu, uyğunluğu ilə bağlıdır. Azərbaycan hakimiyyəti siyasi, mənəvi və mədəni baxımdan başda Rusiya olmaqla postovet ölkələrindəki iqtidarlarla “qohumdur”, onlar bir-birilərini çox asan başa düşürlər. İkincisi, bu, geopolitik faktorla bağlıdır. Azərbaycan hazırda əsasən Rusiyanın geopolitik təsir zonasındadır. Qardaş Türkiyə ilə bizim aramızda Şuşa Bəyannaməsi, strateji müttəfiqlik sazişi olsa da, Türkiyə hələ ki, Rusiyanı tam deyil, qismən balanslaşdırır. Hələlik Azərbaycan, xüsusən də Xəzər əsasən Rusiyanın geopolitik, eləcə də hərbi-siyasi nəzarətindədir. Üçüncüsü, bu, Azərbaycanın Qarabağ məsələsinin həllində ilk növbədə Rusiya ilə razılaşma yolunu tutmasilə əlaqədardır. Bakı bu prosesi Moskva (həmçinin Ankara) ilə birgə aparır. Bu, 2020-ci ildən başlayan prosesdir və bu gün də davam edir. Görünən odur ki, Rusiya öz geopolitik çəkisini əhəmiyyətli dərəcədə itirənə qədər də davam edəcək. Kollektiv Qərblə münasibətdə isə tam əksi baş verir. Çünki Avropa Birliyinə, NATO-ya, Amerikaya yaxınlaşmaq, demokratiya, insan haqları və qanunun aliliyi məsələsini, azad və ədalətli seçkilər məsələsini gündəmə gətirir. Ümumiyyətlə, demokratiya, korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatla mübarizə məsələləri yumşaq desək, hakimiyyətin xoşlamadığı mövzulardır. Ona görə də bu gün bu vəziyyət yaranıb. Ermənistan belə hesab edir ki, Ankara da, Bakı da razıdır ki, proses Rusiyanın vasitəçiliyi ilə getsin və bu dəhliz də Rusiyanın nəzarətində açılsın. Amma bu, bizim milli maraqlarımıza ziddir. Çünki birincisi, ruslar heç bir halda Qarabağdan, yəni Azərbaycandan çıxmaq istəmirlər. Bu səbəblə, erməniləri bir şəkildə ora geri qaytarmaq istəyirlər.

İkincisi, bizim Türkiyə və Naxçıvanla olan nəqliyyat dəhlizimiz, həmçinin bütün türk dünyasını birləşdirəcək nəqliyyat dəhlizi FSB-nin nəzarətində olacaq. Bu, nə Azərbaycanın, nə də Türkiyənin milli maraqlarına uyğun gəlir. Ona görə də Rusiyanın bu prosesdən, ümumiyyətlə regiondan sıxışdırılıb çıxarılmasını, eyni zamanda Azərbaycanla Türkiyənin kollektiv Qərbə yaxınlaşmasını istəyən bütün tərəflər (ilk növbədə ABŞ, AB və Paşinyan rejimi) burada Azərbaycanın və Türkiyənin milli maraqlarına uyğun həll yolu tapmalıdır. Hesab edirəm ki, Azərbaycan da son zamanlar gözləmə mövqeyinə keçib və sülh prosesi ilə bağlı tələsmək istəmir. Azərbaycanın ikitərəfli danışıqları prioritet elan etməsi mənim uzun zamandır mətbuatda da dilə gətirdiyim, səsləndirdiyim məsələdir. Həqiqətən də Azərbaycanın milli maraqlarına cavab verir ki, vasitəçi olmadan ikitərəfli danışıqlara gedilsin. Çox təəssüf ki, Ermənistan bundan yayınır və özünü Azərbaycan qarşısında zəif hesab edir, qaranta ehtiyac duyur. Ermənistan anlamalıdır ki, əgər ikitərəfli danışıqlar olarsa, o zaman Zəngəzur dəhlizinə nəzarət məsələsi də gündəmdən çıxar. Ona görə də Azərbaycanın milli maraqlarına cavab verən vasitəçisiz ikitərəfli danışıqların baş tutmasıdır. Zəngəzur dəhlizinə də heç bir xarici nəzarətin olmaması bizim də maraqlarımıza uyğundur.

- Amma biz təklif edirik ki, dəhlizə Rusiya nəzarət etsin...

- Əvvəla, bu, bizim milli maraqlarımıza ziddir. İkincisi, əgər biz onu Rusiya bu məsələyə dəstək versin, təki Zəngəzur dəhlizi açılsın deyə dilə gətiririksə, heç olmasa tələb etməməliyik...

- Prezident yanvarda verdiyi müsahibədə dedi ki, biz Ermənistanın qarantiyalarına inanmırıq. Ona görə üçtərəfli bəyanatda əks olunduğu kimi, dəhliz Rusiya FSB-sinin nəzarətində olmalıdır.

- Çox təəssüf ki, bizim məsələni daha dəqiq analiz etməyimiz üçün əlimizdə yetərli informasiya yoxdur. Biz yalnız açıq mənbələr əsasında təhlil aparırıq. Əgər hər hansı bir gizli, qapalı razılaşma varsa, deməli, rus qoşunları hələ, ən azı, müəyyən müddət Azərbaycanda qalacaq. Yəni danışıqlar prosesi Rusiyanın vasitəçiliyi ilə getsə, onda biz Azərbaycanda rus qoşunlarının hansısa adla, hansısa müddətə qalmasına, eyni zamanda dəhlizə FSB-nin nəzarət etməsinə razılıq verməliyik. Bu da Azərbaycanın milli maraqlarına, müstəqilliyinə, suverenliyinə və potensial olaraq əslində ərazi bütövlüyünə ziddir. Çünki ruslar dayanıqlı və davamlı şəkildə bölgədə qalmaq üçün erməniləri kütləvi geri qaytararlarsa, onların hüquq və təhlükəsizliyinə təminat verərlərsə, təminatçı olarlarsa, bu, gələcəkdə separatizmin yenidən dirçəl(dil)məsi üçün zəmin hazırlamaq olacaq. Heç kim qarantiya verə bilməz ki, xüsusən də ruslar, hansı ki, bu prosesin başındadırlar, belə bir şey baş verməyəcək. Unutmayaq ki, 1800-cü illərdə Azərbaycanın parçalanmasından, Şimali Azərbaycanın işğal və ilhaq edilməsindən sonra birinci mərhələdə ermənilər bölgəyə gətirildi, ikinci mərhələdə onlara vilayət, üçüncü mərhələdə dövlət yaradıldı, dördüncü mərhələdə isə bu dövlət genişləndirildi. Bütün bunları edən, eyni zamanda Qarabağ problemini yaradan da məhz ruslardır. Əgər köhnə metropoliya burda qalırsa, hələ üstəlik, silahlı qüvvələri də qalırsa və üstəlik, bizim strateji əhəmiyyətli yolumuza - Zəngəzur dəhlizinə də nəzarət edirsə, onda hansı müstəqillikdən söhbət gedir?

- Sizcə, Azərbaycan Qərb platformasında danışıqlara qayıda bilərmi? Çünki Prezidentin Münhenə getməsi gözlənilir və Paşinyan da orada olacaq (Müsahibə Prezident Əliyevin Münhenə səfərindən öncə alınır-red.). Amerikalı, avropalı vasitəçilərlə Azərbaycan və Ermənistan arasında danışıqlar baş tuta bilərmi? Bu, sülh prosesində yeni bir prosesin başlanğıcı ola bilərmi?

- Mümkün sayıram. Həm Münhen konfransı formatında, həm də Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş ola bilər. Ancaq geopolitik kontekstdə Azərbaycan istəyir ki, Rusiya Ermənistanla bu məsələni (vasitəçilik və Zəngəzur dəhlizinə nəzarət) özü həll etsin. Bu, Azərbaycanın manevr imkanlarını genişləndirir və gücləndirir. Azərbaycan öz marağına uyğun vasitəçisiz, ikitərəfli danışıqları dəstəkləyir. Vasitəçi olacaqsa, Azərbaycan istəyir ki, bu məsələni özləri həll etsinlər. Ona görə də bu gizli, qapalı anlaşmaları da nəzərə alaraq, Əliyev həm də bunlardan (vasitəçilərdən, eyni zamanda ruslardan) qurtulmaq istəyir. Bunun üçün gərək üçüncü qüvvələr dövrəyə girsinlər. Ona görə də İlham Əliyev ona etiraz etmir. Həmin qüvvələr dövrəyə girib, həm də Rusiyanın Azərbaycana olan təzyiqini azaldır.

- Üçüncü qüvvələr kimdir?

- Üçüncü qüvvələr Avropa Birliyi və ABŞ-dir. Bildiyiniz kimi, danışıqlar üç mərkəzdə gedir - Vaşinqtonda, Brüsseldə və Moskvada.

- Yaydan bəri Qərb platforması işləmir...

- Axı mətbuata da açıqlama verildi ki, İlham Əliyev və Nikol Paşinyan Şarl Mişelin vasitəçiliyi ilə danışıqlara razılıq verib. Burada sadəcə olaraq, Qərb öz maksimalist yanaşmasını azaltmaldıır. Azərbaycan güzəştə getməyəcək, öz milli maraqlarını qoruyacaq. Burada yenidən Rusiya dövrəyə girəcək və Azərbaycan-Rusiya münasibətləri ön plana çıxacaq. Bu, ikitərəfli bir prosesdir. Yəni, hansı tərəfdən təzyiq varsa, bu, o biri tərəfin marağına işləyir. Azərbaycanın milli marağına uyğun olan birincisi, vasitəçisiz danışıqlardır. İkincisi, heç bir beynəlxalq təminatçı, qarant olmamalıdır. Üçüncüsü, Zəngəzur dəhlizinə heç bir üçüncü ölkə, xarici qüvvə tərəfindən nəzarət olmamalıdır. Bu üç məsələ bizim üçün çox mühümdür. Əgər Azərbaycan özü bu üç məsələdə geri çəkilərsə, bu, onun milli maraqlarına zidd olacaqdır.

- Rusiya Azərbaycanla ikitərəfli qaydada sülhməramlıların bölgədə qalma məsələsini müzakirə etməyə çalışır. Hiss olunur ki, hələ xeyli vaxt qalsa da, Rusiya tələsir. Rusiyanın tələbinə Bakı necə reaksiya verəcək? Qarabağda rusların qalması münaqişənin tam bitmədiyi anlamına gəlirmi? Üçüncü bir yol - kompromis variant varmı? Bəzi ekspertlər deyir ki, Qarabağdan çıxarılsın, Azərbaycanın başqa bir yerində Rusiyaya hərbi iştirak statusu verilsin. Bu məsələ hansı şəkildə həll oluna bilər?

- Burada biz çoxsaylı faktorları nəzərə almalıyıq. Əvvəla, biz bu münaqişənin təbiətini anlamalıyıq. Bu münaqişə hər zaman dediyim kimi, Rusiya tərəfindən yaradılmış süni bir münaqişədir. Onu Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi hesab emişəm, bu gün də o fikirdəyəm. Rusiya burada iki vəkildən istifadə edib - Ermənistan Respublikasından və “DQR”-dən. Onlardan birini – “DQR”-i ləğv edib, digərini – Ermənistan Respublikasını da ərazimizdən çıxarıb, silahlı qüvvələrinin əsas hissəsini məhv etmişik. Ona görə də Rusiya məcbur qalıb, özü üzə, qarşımıza çıxıb. Rusiya məcbur qalıb, birbaşa öz silahlı qüvvələrini Azərbaycana yeridib. Hələ üçtərəfli bəyanat imzalamamışdan Rusiya silahlı qüvvələri Azərbaycan torpaqlarında idi. Nəzərə almalıyıq ki, biz yalnız “DQR” və Ermənistanla münaqişədə deyildik, həm də Rusiya ilə münaqişədə idik və indi də münaqişədəyik. Hətta Ermənistanla münaqişə həll olunsa belə, bizim Rusiya ilə münaqişəmiz qalır, davam edir. Rusiya ilə bizim münaqişəmiz yalnız onlar, xüsusən də silahlı qüvvələri bizim ərazimizi tərk etdikdə bitəcək. Nə vaxta qədər ki, neoimperialist Putin Rusiyasının hərbçiləri bizim ərazimizdədirlər, deməli, bizim tam müstəqilliyimizdən söhbət gedə bilməz. Ona görə də bu münaqişənin tam həllinin göstəricisi Rusiya ordusunun Azərbaycan ərazisini tamamilə tərk etməsi olacaq. Ona görə də həyati milli marağımıza (müstəqillik, suverenlik və Vətənin müdafiəsi) toxunan bu məsələdə heç bir güzəşt ola bilməz, olmamalıdır.

- Rusiyanın Azərbaycanda mövcud şəraitdə və şərtlərdə qalmasının yolu nədir?

- Rusiyanın “sülhməramlı” qüvvələrinin burada qalması üçün qarşı tərəf olmalıdır. Rusiya kimlərin arasında “sülh” yaratsın? Axı qarşı tərəf yoxdur. Ona görə də yenidən qarşı tərəfi yaratmaq istəyir. 1828-ci ildən sonra olduğu kimi, yenidən erməniləri Azərbaycan torpaqlarına qaytarmaq, yenidən onların hüquq və təhlükəsizliyinə təminatçı, zəmanətçi rolunu öz üzərinə götürmək istəyir. Rusiyanın danışıqlar prosesində nail olmağa çalışdığı iki strateji hədəfi var: birincisi, Azərbaycanda öz silahlı qüvvələrini saxlamaq, bunun üçün erməniləri geri qaytarmaq; ikincisi, Zəngəzur dəhlizini öz nəzarətində açmaq, Yaxın Şərqlə əlverişli nəqliyyat əlaqələrini qurmaq. Rusların hərbi iştirakının Azərbaycanda qalması üçün ermənilər kütləvi geri qayıtmalıdır. Ermənistanda qalıb möhkəmlənməsi üçün isə Zəngəzur dəhlizinə nəzarət ruslarda olmalıdır. Buna görə də qarşı tərəf də, nə Ermənistan, nə də başda ABŞ olmaqla, kollektiv Qərb bunu istəmir. Təbii ki, bu, Azərbaycanın, Türkiyənin, İranın (dəhlizə xarici nəzarət) da milli maraqlarına uyğun deyil. Ona görə bu məsələdə tələsməmək lazımıdr. Çünki içində olduğumuz geopolitik turbulensiya dövründə vəziyyət dinamik dəyişir, durmadan sürətlə inkişaf edir. Bu səbəblə, Rusiya da düşünür ki, şərait köklü dəyişə, Azərbaycan və Türkiyə ilə əldə olunmuş gizli anlaşmaların şərait və şərtləri ortadan qalxa bilər. Necə ki, üçtərəfli bəyanatı yaradan şərait və şərtlər ortadan qalxdı, vəziyyət sürətlə dəyişdi. Heç kimə sirr deyil ki, NATO-nun mövcud müdafiə planına əsasən, Qara dəniz, Qafqaz və Mərkəzi Asiya istiqamətinə rəhbərlik NATO çərçivəsində Türkiyəyə həvalə edilib. Ona görə Rusiya tələsir və istəyir ki, bu şərait dəyişməmiş əldə olunan gizli anlaşmaları hüquqi cəhətdən təsbit eləsin. Və sonra qarşı tərəf artıq bundan geri çəkilə bilməsin.

- Azərbaycanın hansı imkanları var buna müqavimət göstərsin, Rusiyanı neytrallaşdırsın?

- Ən başlıca imkan yeni dünya nizamının qurulmasının həlledici mərhələdə olması, bununla bağlı geopolitik müharibələrin, ələlxüsus Rusiya-Ukrayna müharibəsinin getməsi və Rusiyanın artıq kollektiv Qərbin strateji tələsinə düşməsilə, digər tərəfdən strateji müttəfiqimiz qardaş Türkiyənin güclənməsi, geopolitik oyunçuya çevrilməsi, Turan layihəsinin həyata keçirilməsi, bu üzdən zamanın həm də Azərbaycanın xeyrinə işləməsilə bağlıdır. Yəni Azərbaycan heç nə etməsə belə, ən azı prosesi uzada, vaxt qazana bilər. Bir sözlə, tələsməməli, qardaş Türkiyə ilə birgə hərəkət etməli və məsələnin həllinin “Rusiya variantı”na getməməlidir.

- Bəs bizə qarşı təzyiq şiddətlənməyəcək?

- Bu dəqiqə top Ermənistan tərəfdədir. Ermənistan nə Azərbaycanın, nə də Rusiyanın tələblərinə hələ ki cavab vermir.

- Bəs rus hərbçilərin bölgədə qalma məsələsi?

- Hələ vaxtımız var. Rus hərbçilərin bölgədə qalma məsələsi əslində bizim üçün ən tezi ilin sonunda aktuallaşacaq. Biz Ruisyanı düşünməməliyik, özümüzü düşünməliyik. Qardaş Türkiyə dövlət başçısı səviyyəsində bildirib ki, “müddət bitəndə Rusiya silahlı qüvvələri buradan çıxmalıdır”. Azərbaycanın dövlət başçısı da “bizim bir ailəmiz var, o da Türk dünyasıdır” deyirsə, o dünyanın lideri Türkiyə, ağsaqqalı da Rəcəb Tayyib Ərdoğandırsa, deməli, Türkiyə ilə birgə hərəkət etməlidir. Ona görə də biz tələsməməliyik. Bizim hələ gələn ilin yazına qədər vaxtımız var. Rusiya tələsir, biz tələsmirik.

- Tofiq Zülfüqarov demişdi ki, Rusiya təkid edə bilər ki, Xankəndidəki rus ordusu çıxır, amma Ermənistan-Azərbaycan sərhədinə Azərbaycan tərəfdən yerləşdirilir. Rusiya belə bir kompromis variant təklif edə bilər. Biz buna gedə bilərikmi?

- Xeyr. Biz buna gedə bilmərik. Əvvəla, bu, bizim milli maraqlarımıza ziddir. İkincisi, bu o deməkdir ki, sərhəddə daim münaqişələr olacaq, hətta sülh müqaviləsi imzalansa belə, Azərbaycanla Ermənistan arasında, eləcə də bütövlükdə regionda heç vaxt sülh və sabitlik olmayacaq. Necə ki, metropoliya silahlı qüvvələri buranı (həm Azərbaycanı, həm də Ermənistanı) tərk eləməyib, öz imperiya ambisiyaları və missiyalarından əl çəkməyib, keçmiş müstəmləkələrində münaqişə(lər) davam edəcək.

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-02-20 16:41:56

Y.Q- yə Sizlə tam razıyam,çünki tarixin həqiqətini yazmısız,məndə bildirirəmki 15 respublika və onların daxilində yaşayan yüzlərlə millətin günahı yox qurulmuş sosialist rejimin günahı idi,yəni biz qurulmuş bir ədalətsiz quruluşa görə bütöv bir milləti günahkar saymayaq,birdə indiki vəziyətə reallığla yanaşaq,indi mövqeylər tam fərqlidir.

OXUCUya Y.Q. 2024-02-20 14:25:31

Bəli, Avropa qitəsinə yaxın Çarlığın böyük *Uy-Qur* Asiya hissəsinə nəfsi, imper vəzifəsini də unutdurub? Belə ki, son dörd əsrin 1ci Çar, hökmüdarları rus olsalar da Dövləti adətən (açıqlanması gərəksiz) digər xalq-millətçi nümayəndələr idarə ediblər?

Oxucu. 2024-02-19 16:48:01

Məncə ruslar 1920-ci illərdə,1954-ci illərdə özlərinədə böyük zərbələr vurmuşdular bədəlini indi ödəyirlər,yəni bunu sosialistlər etmişdi nəinki ruslar və bu şərqi avropafan tutmuş,orta asiya və qafqaza qədər belə haqsızlıqlar olmuşdur bununda bədəlini həmin dövlətlər ödəyirlər,burda təkcə sosialistlər deyil,1-ci dünya savaşının əməl olunmayan muqavilələridə əsas rol oynayır,buna görədə məsələyə millət kimi yox realığa baxmaq və nəticə götürmək lazımdır.

Yasin Qəhrili 2024-02-18 21:10:50

Mükəmməl mülahizə! *Qlobaş millətçi* növbəti dəfə Özünün təxribatı ilə Azərbaycanı Hərbi Güclərə (qərbə, oxucunun Kremlinə) təcavüzKar kimi təqdim etdi? Onsuz da Noyabr 2020 razılaşması nəinki, Ermənistanı təslim etmişdi, əksinə əski DQMV soyqırım yuvasını da ona sərhədsiz birləşdirmişdi? Sonrakı üç ildə də həmin *separatçılar* yuvası silahlandırılırdı?

Nazim 2024-02-18 16:46:38

Çox düzguün analizdir.Ermənistanı və dqr-i yaradan rusiyadır.Bu rusları sevə-sevə danışanlar bilməlidirlər ki,1920-ci ildən sonra 20 min kv km ərazini Ermənistana verən və 1923-cü ildə dqr-yaradan rusiyadır(SSRİ də Rusiya idi).Ona görə Rusiya çalışacaq ki,Azərbaycanda qalmaq üçün erməniləri qarabağa qaytarsın,bu da bizim şəhidlərin ruhuna ziddir.Yəni sülhün əldə olmasına ən böyük əngəl rusiyadandır.Qərbin də öz marağı var.Ona görə də biz marağımıza uyğun olanlara çalışmalıyıq.

Oxucu. 2024-02-18 10:24:14

Rusu bahanə edib qərbin qucağında oturmaq lazım deyil,tutalım rusya qafqazdan çıxdı,bunula qafqazdakı münaqişələr dayanacaq əsla yox,qərbə qafqazda böyük xristan dövləti lazımdırki,gələcəkdə həm rusyanı,həm türkiyəni,həmdə iranı nəzarət altında saxlasın,bəsdirdə özümüzü aldatmaq,heç olmasa gənclərimizi aldatmayaq.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.