Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya, ABŞ-də 6 min insan arasında sorğu keçirilib və dünyanın ən cəlbedici dili müəyyən edilib.
"AzPolitika" xəbər verir ki, sorğunun nəticəsinə görə dünyanın ən cəlbedici dili artıq fransız dili yox, italyan dilidir.
Xatırladaq ki, 2017-ci ildə dərc edilən əvvəlki sorğuda fransız dili ən cəlbedici dil olaraq müəyyən edilmişdi, lakin yeni araşdırma ilə sıralama dəyişib.
Araşdırmaya görə italyan dili də ən cəlbedici, ən romantik və ən ehtiraslı dil olaraq xarakterizə edilib. İngilis dili isə ən nəzakətli dil olaraq göstərilib.
"AzPolitika.info"


Şərhlər