FİKRƏT MƏMMƏDOV ONUN YERİNƏ TƏYİN OLUNACAQ - Hakimlər 15 il müddətinə təyin edilir

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibində yer almayan keçmiş ədliyyə naziri Fikrət Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.

Çox güman ki, keçmiş nazir Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənəcək.

Qeyd edək ki, hazırda Konstitusiya Məhkəməsinin 8 hakimi var:

Fərhad Abdullayev (Konstitusiya Məhkəməsinin sədri);
Sona Salmanova (sədr müavini);
Humay Əfəndiyeva (hakim);
Rövşən İsmayılov (hakim);
Ceyhun Qaracayev (hakim);
Rafael Qvaladze (hakim);
İsa Nəcəfov (hakim);
Kamran Şəfiyev (hakim).

Amma Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır.

Konstitusiya Məhkəməsinin hakimlərindən biri - Əməkdar hüquqşünas Mahir Muradov 2023-cü il yanvarın 5-də 66 yaşında vəfat edib. O, 2012-ci ildən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.

Bu isə o deməkdir ki, Konstitusiya Məhkəməsi bir ildən çoxdur ki, 9-cu hakimin təyinatını gözləyir.

Fikrət Məmmədovun məhz mərhum Mahir Muradovun yerini dolduracağı istisna deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Fikrət Məmmədov 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdr. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyinat almışdı.

2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inaqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib. (modern.az)

635x100

Şərhlər

İşsiz 2024-02-23 22:17:00

Qanun hamıya şamil olunmalıdır ! Arxalı adama yaş həddi nəzərə alınmır, onlara yüksək pensiya, Yüksək əmək haqqı və ölənə kimi yüksək vəzifə ! Gülməlidir yoxsa ağlamalı?

Oxucu. 2024-02-22 22:59:20

Cəmşid Dərələyizli-yə qardaş Sizin yazdığınız yaş həddi məncə xaloğliya aidiyyəti olmamalıdır.

Şəkili 2024-02-20 22:29:52

Şəki də yüksək pensiya alanları işlə təmin edirlər, ancaq pensiya almayan, işsiz vətəndaşları işlə təmin edən yoxdur ?

ƏNHU 2024-02-20 02:38:25

Bu qədər hakim kimin nəyinə lazımdır? Axı onlar nə işlə məşğul olurlar? Düzün-dünyanın maaşını alırlar.Pensiyaya çıxanda da pul dayanmır. Oturduqları yerdə də yenə yağış kimi yağır başlarına. Millət işləyir hakimləri, gömrük-vergi generallarını yedizdirir.Bu mükəlfiyyəti bizim boynumuza kim qoyub?Onları bizim belimizə kim şəlləyib?.Mənə qalsa lüzumsuz hakimlər sfrlanmalı, qalanların isə maaşları 10 dəfəyədək azaldılmalıdır. Çünki işləri olduqca yüngüldür. Bir az kağızlara baxıb qurdalanmaq və axşamı gözləyib evə qayıtmaqdan ibarətdir. Əqli əməklə fiziki əmək arasındakı fərq astranomik göstərici ilə qiymətləndirilməməlidir. Fiziki əmək bu qədər alçaldılmamalıdır.Hakim cütcüdən 5-cə manat artıq maaş ala bilər. Pensiyaya gələndə isə əksinə.Üzümü hakimlərə tutub deyirəm: Hansı məsuliyyəti daşıyır, kimdən artıq işləyirsiniz ki? Niyə özünüzə ayda milyon manatı cütcüyə isə on iki manatı haqq görürsünüz? Necə də başqalarının hesabına yaşayırsınız.

Vətəndaş 2024-02-19 22:41:31

Çox gülünc bir hadisədir ?

Cəmşid Dərələyəzli 2024-02-19 17:48:01

Gələn il bu asamın 70 yaşı olur. Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun 14.3. maddəsinə əsasən Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin Onda onun bu təyinatı həqiqətən də olacaqsa bu qanunun müddəasına zidd olmurmu.

Son yazılar