Menu

Valyuta hərracında bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

20.02.2024, 12:34
Valyuta hərracında bankların dollar tələbi yenidən 100 mln. dolları üstələyib

20 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

“APA-Economics” AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 102.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 1.3% azdır. Belə ki, 15 fevralda keçirilən valyuta hərracında banklar 103.9 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol