Dünən Rusiya müxalifətinin lideri, mərhum Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşüb və Aİ Xarici Əlaqələr Şurasının sessiyasında çıxış edib.
“Biz Aİ adından Yuliya Navalnaya dərin hüznlə başsağlığı verdik. Vladimir Putin və onun rejimi Alekseyin ölümünə görə cavab verəcək. Yuliyanın dediyi kimi, Putin Rusiya deyil, Rusiya Putin deyil. Biz Rusiya vətəndaş cəmiyyətinə və müstəqil mediaya dəstəyimizi davam etdirəcəyik”, - Borrel daha sonra “X” səhifəsində yazıb.
Avropa İttifaqı diplomatiyasının rəhbəri bəyan edib ki, Brüssel Rusiyaya qarşı, xüsusən də Navalnının ölümündə günahkar olanlara və Rusiya Prezidenti Vladimir Putinin özünə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.
“AzPolitika.info”


Şərhlər
Bütün dünya düşüb Rusiyanın Putinin üstüne Ukrayns müharibesine göre ancaq h ne etmek iqtidarında deyiller Putin ise öz bikdiyini edir O Alekseye göre heç kime cavab vermeyecek yeni o Aopanı heç gesab edir Növbeti qurbansa Saakaşvilidir .Avropa fahişe dövletler yığınıdır vessalam onlar ancaq özlerini fikirkeşir Vessalam.