NAZİR İKİ ŞƏXSİ MÜAVİN VƏZİFƏSİNƏ TƏYİN ETDİ - Adlar + FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Bu barədə nazir Sahil Babayevin 14 fevral 2024-cü il tarixində əmr inmzalayıb. 

Xatırladaq ki, Azər Əliyev 10 yanvar 2023-cü il tarixində DOST Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2015-2016-cı illərdə Nazirlər Kabineti yanında "İçərişəhər" DTMQ İdarəsində idarə rəisinin köməkçisi (1-ci dərəcə dövlət qulluqçusu), 2016-2017-ci illərdə "İnter" Peşəkar İdman Klubunun prezidenti, 2017-2022-ci illərdə "Atəşgah" Sığorta Şirkətinin İdarə Heyətinin sədri, "Azərbaycan Sığortaçılar Assosiyasiyası"nın Müşahidə Şurasının sədri və İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədr müavini vəzifələrində fəaliyyət göstərib. 

Nazir Sahil Babayevin digər bir əmri ilə isə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə sabiq prorektoru Elçin Süleymanov vəzifəyə təyin olunub. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri müavini vəzifəsi həvalə olunub. 

Xatırladaq ki, Elçin Süleymanov ötən ilin dekabr ayında elm və təhsil naziri Emin Əmrullayev tərəfindən vəzifəsindən azad olunub.

"AzPolitika.info"

635x100

Şərhlər

Watchman 2024-02-22 00:57:57

Nazir müavinlərini prezident təyin edir. Bunlar isə tabelikdə olan idarə və agentliyə rəhbər təyin olunanlardır. X

Cavad 2024-02-21 15:03:48

Bir yerdə qərar tutub inkişaf etməyən,az yaşında 0n-beş idarə gəzən şəxsdən nə dövlət,nə xalq müsbət bir nəticə gözləməyi faydasızdır.Azərbaycanda nazirlik,Komitəvə digər dövlət strukturlarına belə Turist kimi idarələr gəzdirilən Azər kimi şəxslərdən hansı inkişafdan, hansı ciddi Proqramdan, danışmaq olar?Niyə Azərbaycanda kadr siyasəti bu gündədir?Nazirlərə diqqət edin,Birn nazir ixtisası üzrə uyğun deyil.Təsadüfi kadrlardan isə ölkə əhalisi zülüm çəkir.Rəhbərlik isə buna göz yumub.

Elşən 2024-02-20 22:52:43

Özü kimisini müavin təyin edib , qalan xalqa da divan tutacaq ...

Son yazılar