Menu

Azərbaycanda fermerlərin faiz xərcini dövlət ödəyəcək

20.02.2024, 18:11
Azərbaycanda fermerlərin faiz xərcini dövlət ödəyəcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək.

Valyuta.az xəbər verir ki, bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, yeni məhsul kənd təsərrüfatı məhsullarının istehsalçılarının faiz xərcini dövlətin ödəməsini nəzərdə tutur: "Banklar öz vəsaitləri hesabına kredit verəcək və onların faizini dövlət qarşılayacaq. Bu layihə imzalanmaq üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol