Menu

Bayramov və Mirozyan görüşəcək – Tərəflər razılığa gəliblər...

20.02.2024, 18:49
Bayramov və  Mirozyan görüşəcək – Tərəflər razılığa gəliblər...

“Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri nazirlərin görüşünün yeri və tarixi barədə razılığa gəliblər".

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.

“Tərəflər arasında yekun razılıq əldə olunarsa, əlavə məlumat verəcəyik”, - XİN-in sözçüsü vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş nazir Nikol Paşinyanın fevralın 18-də Münhendə keçirdiyi görüş zamanı xarici işlər nazirlərinin görüşü razılaşdırılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol