Menu

Rusiya məşhur amerikalı senatoru terrorçular siyahısına daxil etdi

20.02.2024, 21:34
Rusiya məşhur amerikalı senatoru terrorçular siyahısına daxil etdi

Rusiya Federal Maliyyə Monitorinq Xidməti (“Rosfinmonitorinq”) ABŞ senatoru Lindsi Qremi terrorçular və ekstremistlər siyahısına daxil edib.

Bu barədə “Rosfinmonitorinq”in saytında məlumat verilib.

Siyahıya həmçinin keçmiş ekoloji fəal Yevgeniya Çirikova da (Rusiyada xarici agent kimi tanınıb) əlavə edilib.

Anti-Rusiya mövqeyi ilə tanınan senator Lindsi Qrem dəfələrlə Rusiyanın ABŞ-nin terroru himayə edən ölkələr siyahısına daxil edilməsinə çağırış edib. Senator həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin müxtəlif variantlarını da təklif edib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol