BƏLƏDİYYƏ SƏDRİ SAXLANILIB – Torpaq satmaqda ittiham olunur... (Rəsmi təsdiq)

Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Fikrət Quliyev Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

635x100

Şərhlər

Suraxanılı 2024-02-23 13:52:54

Bələdiyyə sədri nə karədir ki, İcra başçısı deməyən işi görsün? Onların nə həddi varki, elə hərəkəti öz başına etsin?Belə əməllərdən alınan rüşvətdə heç 5 faizi yetim bələdiyyəyə verilmir.Onun işi vətndaşdan rüşvət alıb yerinə çatdrmadır.Bnunu bilməyə var? Bu yetim də icra hakimiyyəti onun və ailəsinin başı ağrımasın deyə məcburdur boynuna alsın. ki.bu şi tək edib.axı bu belə deyil....

Dövlətini sevən 2024-02-21 21:50:01

Belə bir əməliyyat Şəki şəhər Bələdiyyəsində aparılmalıdır. Şəki şəhər Bələdiyyəsinin birinci müavini İntiqm Əşirov , Bələdiyyəni idarə edir, sədrdən tutmuş bütün üzvüləri özünün işçiləridir. Şəki Bələdiyyəsinin birinci müavini, Kommunal Təsərrüfat İdarəsinin müdiri, Parkların müdiri, İşıqlanma İdarəsinin müdiri, Yaşıllaşma idarəsinin müdiri , Yarmarkanın müdiri və s... Şəkinin bütün idarələri İntiqm Bəşirova tapşırılıb və özü idarə edir, yəni təyin olunub... Şəki də qeyri yaşayış torpaqlarını imkanlı şəxslərə baha qiymətə satmaqla məşğuldur, əməllərində cinayət işi var ! Xahiş edirik onun fəaliyyətləri yoxlanılsın.

Son yazılar