Menu

"Sizin adamlarınız hər yerdədir" - Putin (VİDEO)

22.02.2024, 11:47
"Sizin adamlarınız hər yerdədir" - Putin (VİDEO)

Rusiya Prezidenti Vladimir Putin ötən gün Kazanda özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə görüşüb.

“AzPolitika.info” xəbər verir ki, görüş əsnasında Putin Mirziyoyevlə zarafat edib.

İkitərəfli əlaqələrdən danışan Putin bildirib ki, Rusiya ilə Özbəkistan arasında iqtisadi əlaqələr intensiv şəkildə inkişaf edir. Putin həmçinin qeyd edib ki, bu yaxınlarda Rusiya hökumətinin böyük nümayəndə heyəti Özbəkistana səfər edib. Mirziyoyev də öz növbəsində bildirib ki, onlar arasında Rusiyanın nəqliyyat naziri Vitali Savelyev də var.

“Yeri gəlmişkən, onun Daşkənddən olduğunu indicə bildim”, - Özbəkistan lideri deyib.

Putin isə gülərək bu cavabı verib:“Sizin adamlarınız hər yerdədir”.

Qeyd edək ki, Vitali Savelyev 1954-cü ildə Özbəkistan SSR-in paytaxtı Daşkənddə anadan olub. O, 2020-ci ildə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinə rəhbərlik edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol