Menu

İŞİD liderinin oğlu və arvadı tutuldu

02.12.2014, 11:50

bagdadi isid isisİŞİD lideri Əbubəkr əl-Bağdadinin ailə üzvləri tutulub.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Livan ordusu Bağdadinin arvadı və oğlanlarından birini Suriya sərhədindən keçərkən saxlayıb.

Livan təhlükəsizlik rəsmiləri Bağdadinin zövcələrindən olan qadının adı və milliyyəti barədə informasiya verməyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Bağdadinin ABŞ bombardmanı nəticəsində öldüyü barədə məlumat yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol