Menu

“RUSİYANI SÜRPRİZLƏR GÖZLƏYİR” – “Dünya Putinin məğlubiyyətinə hələ hazır deyil”

23.02.2024, 13:59
“RUSİYANI SÜRPRİZLƏR GÖZLƏYİR” – “Dünya Putinin məğlubiyyətinə hələ hazır deyil”

“Ukraynalılardan müharibənin nə vaxt bitəcəyini soruşmaq çox da ədalətli deyil. Onun bitməsi üçün əlimizdən gələni edirik. Amma düzünü deyək: dünya Putinin məğlubiyyətinə o qədər də hazır deyil və Rusiyadakı dəyişikliklərdən qorxur”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”-a müsahibəsində deyib.

Zelenski hesab edir ki, dünya Vladimir Putinin bütün “qırmızı xətləri” keçdiyini başa düşəndə Ukraynadakı hərbi münaqişə başa çatacaq.

Prezident həmçinin bildirib ki, Ukrayna yeni əks-hücum əməliyyatı hazırlayır və bunun məqsədi Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə uğurunu inkişaf etdirmək olacaq. O, əks-hücumun təfərrüatlarına varmayıb, lakin qeyd edib ki, “Rusiyanı sürprizlər gözləyir”.

Zelenski Ukraynanın növbəti Minsk razılaşmalarını təkrarlamaq istəmədiyini də söyləyib: “Tanklarla, xalqımızın məhvi ilə aparılan danışıqlar danışıqlar deyil. Makron və Şolts müharibə başlamazdan əvvəl Putinlə danışmışdılar. Putin onları heç bir işğal olmayacağına əmin etmişdi”. Prezident əlavə edib ki, Putinin heç bir sözünə inanmaq olmaz.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol