Putin nüvə başlığı daşıya bilən təyyarə ilə uçuş edib - VİDEO

Rusiya lideri Vladimir Putin ötən gün Tatarıstan Respublikasının paytaxtı Kazanda nüvə başlığı daşıya bilən “Tu-160M” bombardımançı təyyarəsi ilə uçuş edib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat paylaşılıb.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında uçuşun təxminən 40 dəqiqə davam etdiyini və təyyarənin marşrutunun “hərbi sirr” olduğu səbəbi ilə açıqlanmayacağını bildirib.

Nüvə başlığı daşıya bilən "Tu-160M" təyyarəsinin saatda 2 min kilometr sürət həddinə çatdığı bildirilir.

Qeyd edək ki, Putinin bu addımı Qərb mediasında böyük müzakirələrə səbəb olub. Müxtəlif nəşrlər bunun Putinin seçki kampaniyasının bir parçası olduğunu və Rusiya liderinin müxalifət lideri Aleksey Navalnının ölümündən sonra gündəmi dəyişməyə çalışdığını iddia edib.

"Daily mail" qəzeti Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyevin "Nə qədər kədərli səslənsə də, nüvə müharibəsi ssenarisi reallıqdır" sözlərini xatırladıb və Rusiyanın meydan oxuduğunu iddia edib.

Associated Press (AP) xəbər agentliyi Rusiya liderinin qarşıdan gələn seçkilər öncəsi Qərbə sərt mesaj vermək üçün sınaq uçuşu həyata keçirdiyini iddia edib. AP-nin məlumatına görə, Putinin "Tu-160M" səssiz strateji bombardmançı təyyarəsində uçuşunun məqsədi Ukrayna münaqişəsi ilə bağlı Qərblə gərginliyin artması fonunda Rusiyaya nüvə gücünü xatırlatmaq olub.

"AzPolitika.info"


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar