63 MİLYON DOLLARLIQ 22 MÜLK – Oliqarx deputat Feyziyevə qarşı Londonda yeni təqib başlayıb

Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü, iş adamı Cavanşir Feyziyevə məxsus 22 mülkə həbs qoyub.

”AzPolitika.info” xəbər verir ki, Britaniya mənbələri Feyziyev və həyat yoldaşının “qanunsuz əldə etdikləri gəlirlə” əmlak almaqda şübhəli bilindiklərini qeyd edirlər.

Deputatın vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verib, bundan bir gün əvvəl, fevralın 22-də London Ali Məhkəməsi şikayətə baxmağa başlayıb.

Ekspertlərin fikrincə, Feyziyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilən daşınmaz əmlakın ümumi dəyəri 63 milyon dollardan çoxdur. Məlum olub ki, 2023-cü ilin iyununda London məhkəməsi Böyük Britaniya Milli Cinayət Agentliyinin (NCA) iddiası əsasında bu əmlakı dondurub.

Bu qərardan Cavanşir Feyziyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə hakim Naycel Poul tərəfindən baxılır. İddiaçının vəkilləri NCA-nın “hüquqi prosedurlara düzgün əməl etmədiyini” bildiriblər.

Qeyd edək ki, Cavanşir Feyziyev və onun ailə üzvlərinin işi üzrə əvvəllər Böyük Britaniya Milli Cinayət Agentliyinin təşəbbüsü ilə başlanmış məhkəmə prosesi artıq yekunlaşıb. Məhkəmənin qərarına əsasən, Feyziyev və ailə üzvlərinin London banklarındakı hesablarında olan on milyonlarla dollara həbs qoyulub.

Lakin Feyziyevin bank hesablarındakı pul vəsaitləri ilə bağlı məhkəmə prosesi başa çatdıqdan az sonra NCA agentliyi Milli Məclisin deputatını və onun ailə üzvlərini təqib etməkdə davam edib və sonda onların Londonda malik olduğu əmlakı dondurmağa nail olub.

Məhkəmənin qərarına əsasən Feyziyevin və onun həyat yoldaşının adına rəsmiləşdirilmiş daşınmaz əmlak satıla və ya heç kimə hədiyyə edilə bilməz. Milli Cinayət Agentliyinin nümayəndələri deyirlər ki, Feyziyevin əmlakının qanunsuz əldə edilməsinə dair əllərində “inandırıcı sübutlar” var.

Feyziyevin dondurulmuş mülklərinin ən bahalısı Londonun eksklüziv “Chelsea Barracks” kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgahdır. Digər dondurulmuş əmlaklara Feyziyevin Böyük Britaniya paytaxtının şimal-qərbindəki yaşayış kompleksində aldığı on doqquz(!) mənzil daxildir.

“AzPolitika.info”

635x100

Şərhlər

Mustafaoğlu 2024-03-12 22:25:41

63 milyon dolların Vergi Bəyannaməsi olmalıdır, əgər vergisini dövlət büdcəsinə ödəyibsə heç bir qorxusu yoxdur !

Sadiq 2024-03-06 17:21:53

bu pulların hamısı Azərbaycan əhalisinin saglamlığından oğurlanan pullardır. Əgər əyri yollar ilə İngiltərəyə daşınıbsa demək haram pullardır. Belə pulları ingilislərə verməkdənsə ölkədə maliyyə aministiyasi elan etmək lazımdır ki bütün oğurlanmış pulları geri qaytarıb Azərbaycan iqtisadiyyatına qoysunlar. Feyziyev kimilər yüzlərlədir.

S.Əhmədov 2024-03-04 16:13:42

BİLDİYİMƏ GÖRƏ CAVANŞİR MÜƏLLİM DEPUTATLIQDAN ƏVVƏL İŞ ADAMI OLUB VƏ DÖVLƏT VƏZİFƏSİ TUTMAYIB.ONA GÖRƏ ONU MÜXTƏLİF MƏSƏLƏLƏRDƏ BİLMƏDƏN GÜNAHLANDIRMAQ DÜZGÜN DEYİL.

Cabir 2024-02-29 23:08:20

belə halların baş verməsinə səbəb suyun yuxarıdan bulandırılaraq gəlməsidir.

Oxucu 2024-02-28 21:32:47

Deputat Cavanşir Feyziyevin bütün fəaliyyətləri araşdırılmalı və hüquqi qiymət verilməlidir. Şəki əhalisi işsizlikdən əziyyət kəçir, Şəkidə yüksək pensiya alanları işlə təmin edirlər, işsiz adamları işlə təmin edən yoxdur ? Bütün rayonlarda ciddi tədbirlər keçirirlər, yalnız Şəkidən başqa ? Kresloları özləri üçün işləyənlər tərəfindən zəbt olunubdur, baxan yoxdur ? İcra başçısı o gündə , müavinləri o gündə, Deputatları o gündə, Bələdiyyəsi o gündə və s... yazıq Şəki !

Əliyə cavab tazana cavab 2024-02-26 11:58:47

Əvvəla tarif şurası iraya təqdim edilən sənədlərə əsasən qiymət təsdiqləyir.Bəs ira təqdim edilən sənədlər nə qədər ədalətli və doğru olur? İkinci tərəfdən bu adam özünü Azərbaycan vətəndaşı sayırsa və bu pulları Azərbaycan vətəndaşlarının zəhmətindən qazanıbsa hansı azar bu qazancı İngiltərəyə daşımağa meyl edib?olmazmı ki, bu əldə etdiyi sərvəti Azərbaycanda biznesini genişləndrməyə,yeni ev.mülk almağa sərf edəydi.Üçüçcüsü də deputat qanunla bizneslə məşğul ola bilməz.Bu mövcud qanundur.Niyə müvafiq orqanlar bu qanun pozuntusuna diqqətsiz qalıb?Milli məclis niyə kənardan baxır?

Prezidentini sevən 2024-02-25 22:22:17

Ölkəmizdə maliyyə yoxlamaları bərpa olunmalıdır. Vergi, DSMF və Əmək müfəttişliyi vaxtışırı öz yoxlamalarını aparmalıdırlar. Aidiyyatı qurumların yoxlama aparılmasının dayandırılmasının aqibəti göz qabağındadır. Görünəni budur...... Yoxlamanın dayandırılması İşbazların dövlət əmlaklarının dağıdılmasına gətirib çıxarıb. Hamı dövlət əmlakını talan edir, xüsusilə Səhmdar Cəmiyyətlərdə Vergidən yayınmalar baş verir, aidiyyatı qurumlar göz yumur. Misal üçün ; _ Şəki Bazarı ildə ən azı 1 milyona yaxın vəsaiti vergidən yayındırır və bu səbəbli səhmdarlar dividentdən məhrum olublar. Şəki Bazarına korrupsioner Tahir Qaffarov rəhbərlik edir ! Vaxtında ciddi tədbirlər görülməlidir....

Eliye cavab yazana 2024-02-25 19:08:20

Evvela eczaçıluq mehsullarına qiymeti menceTarif Şurası müeyyen edir.İkincisi pul onındyr ister Şekide Bskıda ev alar ister London isterse de Banqladeşde.Deputatın bşznesle meşğul olmadına gelince o ddputat seçilene kimi bizneske meşğul olub sonradı yeqin ki qanun çerçivesinde olub.Elinde işi gelmeyenler şsr nöqsan axtarmaqdansa bir işle meşğul olsalar pis olmaz.

pensioner 2024-02-25 15:02:37

Dəmanların bizdə nə üçün baha olduğunu bildiniz?

Kohne 2024-02-25 07:15:53

OGRULAR RESPUBLIKASI

ƏNHU 2024-02-24 23:09:00

Azərbaycanın bütün varı-dövləti Londona-İngiltərəyə toplanıb.Ölkənin bütün yırtıcıları bütün nəslini bu ölkənin vətəndaşı ediblər.Kimsə onları İngiltərənin ən etibarlı ölkə oldu\una inandırıb. Bu axmaqlar da bir-birinin ağzına tüpürüb ora daşınıblar. Deək olar ki orada artıq sürü halında yaşayırlar.İngilislərin özlərini belə keçirdikləri həyat tərzi ilə təəccübləndirirlər. Artıq məsələ yetişib.İNGİLRƏ dövləti qarşısıda məsələ qaldırılmalı, nə üçün uzun illər boyu Azərbaycandan daşınan çirkli pullara qucaq açdığının izahatı tələb olunmalıdır. Bu işə qeyri-hökumət təşkilatları təcili olaraq başlamalıdır. Əks təqdirdə köçəri şəkil almış və bütün dünyanıi üfunətə qərq edəb bu rəzil zümrə vaxtdan istifadə edib Asiyaya daşınacaq.instinqləri onları mütləq Asiyaya yönəldəcək. Oraları da möhkəmlətmək lazımdır.

Dövlətini sevən 2024-02-24 21:43:28

Deputat dövlət büdcəsinin dağıdılmasına əncam qılıbsa, deməli digər məmurlar, deputatlar, nazirlər, İcra başçıları və s..... Məmurlar qanunsuz yolla varlanması, son nəticədə Vətəndaşın müraciətinə əhəmiyyət verilmir, çünki hamısı bir-birinin qarşısında gözü kölcəlidirlrər ! Şəkinin İcra başçısı o gündə, Müavinləri o gündə, Deputatı o gündə, Bələdiyyəsi o gündə və s.... yazıq Şəki ? İnkişafdan dayanan Şəkim !

Watchman 2024-02-24 21:21:21

Ədliyyə Nazirliyinin məmurları aliment puluna görə kişilərlə az qala vətən xaini kimi rəftar edirlər. Bəs Korrupsiya ilə mübarizə idarəsi bunlara ğözün üstə qaşın var deyə bilmir? Kasıba çatanda qanun var gücü işləyir, məmura çatanda qanun işləmir.

Sultan Ağayev 2024-02-24 20:56:28

83 milyon dolları Feyziyev necə ingiltərəyə transfer edə bilib?.Hansı bank və necə bu əməliyyatı icra edib?

Eli-yə 2024-02-24 20:49:44

Bu "deputat" bu pulları baha qiymətlərlə slrldlğl dərman biznesindən əldə edib.Bəs niyə ölkədən çıxarıb?Britaniyada mülk onun nəyinə və nə üçün lazım olub?Bu pulları Azərbaycanda biznesə,əmlaka qoymaq əvəzinə İngiltərəyə qaçırmaq,ölkədən çıxarmaqda məqsədi qaranlıq deyilmi?Bir də Qeputat Ölkə qanunlarını yapdayaraq bizneslə necə məşğul olub?MM niyə bu məsələyə münasibətdən yayınıb?

Oxucu.. 2024-02-24 18:24:24

Azərbaycan 10 ən varlı adamıdır. İş burasındadır ki, bu 10 adamların sırasında Ramil usubov, kəmaləddin heyderov yeznə Agalarov, qalan 6 sı kimdir bilmirəm. nəsə keyfdi Allah iştahların bol eləsin 150 il 200 il ömür arzulayıram hamısına

Rasim Quliyev 2024-02-24 15:51:18

Deputat deyir Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim olum, cümlə cahan batsa da batsın, Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Eli 2024-02-24 15:11:08

Bu adam mence heç vaxt vezifede işlemeyib .Eger bu pullar biznes yolu ile qazanılıbsa buna ancaq sevinmek lazımdur ki milletin bir üzvü millionerdir ve qurtarın bu sovet psixologiyasından.

Mirzəli 2024-02-24 14:24:44

Möhrərəm prezidentə məruzə niyə edilmir ki, elə Milli məclisin deputatları ölkə qanunlarını kobudcasına pozur.Milli məclis deputatı Məclisdə oturub qanunvericiliklə məşğuı olmaq əvəzinə şəxsi biznesləri ilə məşğul olur.Parlament iclaslarını buraxır,deputat vəzifəsini icra etmir,amma mandat (toxunulmazlıq) daşıyırlar.Bunlatdan elə biri dərman biznesi ilə məşğul olan Feyziyevdir.Bunun kimi MM-də bir sıra biznesmenlər yuva salıblar.Bəs bunu görən,qanunun tələblərini mühafuzə etməli olan qurumların səsi niyə çıxmır?

Müəllim 2024-02-24 14:13:48

Eyziyevə Londonda mülk hansş ehriyacdan lazımdır?Azərbaycandan qaçırılan pullar hesabına xaricdə Azərbaycan vətəndaşları hesab olunan şəxslərin bütün əmlak,şirkət varlıqları satılaraq əldə olunan vəsait ölkəyə qaytarılmalıdır.Feyziyevə Azərbaycanda mülk sahibi olmaq qadağan edilib ki, o xaricdə mülk alır?Niyə Hakimiyyət bu məsələlərə qarşı biganəlik göstərir?

Cəmşid Dərələyəzli 2024-02-24 11:37:11

Bu adam Milli Məclisin üzvüdürsə və oturdulduğu kresloya görə o elimi yaradıcılıq işlərindən başqa heç bir fəaliyyəıtlə məşqul olmamalıdırsa və haqqında bu qədər söhbətlər varsa, nədən bizim hörmətli Baş Prokror bu yöndə öz vəzifəsini icra etmir. Nədən varsa belə bir biyabırçılıq, bu adamı araşdırıb toxunuzmazlığının qaldırılması ilə bağlı Mİlli məclisə sorğu göndərmir

Vətəndaş 2024-02-24 11:26:16

ölkəni talan-qarət edib daşıyırlar xaricə. Millət isə gecələr zibil yeşiklərindən çörək yığırlar. Dünyada 2-ci belə bir məmləkət yoxdur. Quldarlıq qurluşu yaradılıb burada ona görə ki bu milləti məhv eləsinlər.

Senan 2024-02-24 10:58:31

Bir ṣey çıxan deyil, tesoyin pulu qurtarıb ona gōrə də belə məṣədiibadların oğurluq pullarından arasıra yararlanmaq istəyir.

Son yazılar