“Oleq Bakinski” Ukraynaya buraxılmadı – Apellyasiya Məhkəməsi də onun əleyhinə qərar çıxarıb

“Oleq Bakinski” adı ilə tanınan iş adamı Oleq Krapivin uzun illər yaşadığı Ukraynaya buraxılmır.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Ukraynanın “Pogliad” portalında yazı dərc edilib.

Yazıda qeyd olunur ki, hazırda Azərbaycanda olan Krapivinə dair Ukrayna Apellyasiya Məhkəməsi yeni qərar çıxarıb. Həmin qərar ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb və onun ölkəyə girişinə icazə verilməyib. Hansı ki, “Oleq Bakinski” Apellyasiya Məhkəməsinə bu qərarın ləğvi məqsədilə müraciət etmişdi. Ukrayna nəşri iddia edir ki, qərar çıxarılarkən Krapivinin kriminal əlaqələri əsas götürülüb və qərarda onun Ukraynadakı fəaliyyətinin Ukraynanın dövlətçiliyinə təhlükə yarada biləcəyi qeyd olunub.

Oleq Krapivin 1966-cı ildə Şamaxıda anadan olub. O, Bakıda, daha sonra isə Ukraynada biznes fəaliyyəti ilə məşğul olub. “Forbes”in 2014-ci ildə yaydığı məlumata görə, Krapivin 84 milyon dollarlıq var-dövlətlə Ukraynadakı ən varlı 100 nəfərdən biri idi. 

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar