Menu

Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi - FOTOLAR

26.02.2024, 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi - FOTOLAR

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 26 fevral Xocalı soyqırımının 32- ci ildönümünə həsr edilmiş tədbir keçirildi.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 26 fevral Xocalı soyqırımının 32- ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra açıq elan olundu. 

Sonra mərkəzin direktoru Pərviz Həmzəyev ”26 fevral – Xocalı soyqırımı” haqqında geniş məlumat verərək bildirdi ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman-zaman qətliamlar törədilmişdir. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir. Bizim gənclərimiz bunu unutmamalıdır və bütün müasir imkanlardan istifadə edərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Daha sonra Xocalı faciəsinə həsr edilmiş “Düşmən laylası” adlı qısametrajlı filmin təqdimatı oldu. 

Tədbirdə iştirak edən, filmin ssenari müəllifi AR Yazışılar və AR Jurnalistlər birliyinin üzvü, “Cinealliance” Media Biznesin İnkişafı Departamentinin direktoru Altay Yaşar film haqqında məlumat verərək bildirdi ki: “Filmdə əsas məqsəd XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi barədə acı həqiqəti beynəlxalq ictimaiyyətə fərqli bir rakursda təqdim etməkdir. Filmdə biz Xocalı faciəsinə soyqırımı qurbanına çevrilmiş 5 yaşlı qızın gözü ilə baxmağa çalışmışıq”.

Filmin müəllifinin qabartmağa çalışdığı aspekt Xocalı faciəsi zamanı balaca Ayanın anasına verdiyi suallardır. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən azyaşlı qız uşağı bütün film boyu bu suallara cavab axtarır. Filmin rejissoru Elxan Cəfərov, əməkdar operatoru Tanrıverdi Tanrıverdiyev, montaj rejissoru isə əməkdar incəsənət xadimi, həmin mərkəzin müəllimi Elşad Rəhimov olmuşdur.

Təqdimatdan sonra Mərkəzin tələbə heyəti filmlə bağlı öz təssüratlarını bölüşməklə bərabər müəllifin ötürdüyü şüuraltı mesajları dəyərləndirdilər, eyni zamanda aidiyyəti mövzuda bir neçə layihə təqdim edərək Xocalı faciəsinin gələcək nəsillərin yaddaşına ötürülməsini özlərinə borc bildiklərini qeyd etdilər.

Tədbirin sonunda filmi izləyən Xəzər rayonu Gənclər və İdman İdarəsinin direktoru Gündüz Vəliyev, mərkəzimizin tələbə və müəllimləri çıxış edərək film haqqında öz təəssüratlarını bölüşdülər.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol