Menu

İrəvanda partiya ofisini partlatmağa cəhd olub

26.02.2024, 17:51
İrəvanda partiya ofisini partlatmağa cəhd olub

İrəvanda “Mülki Müqavilə” Partiyasının ofisinin həyətində partlayıcı qurğu aşkar edilib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Sputnik”-in Ermənistan xidməti məlumat yayıb.

Məlumata görə, İrəvanda naməlum şəxslər hakim partiyanın Qulbenkyan küçəsindəki ofislərindən birinin yaxınlığında partlayıcıya bənzər əşya yerləşdiriblər. Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəldiyi və partlayıcı qurğunun aşkar edilərək zərərsizləşdirildiyi bildirilir.

Nəşr xatırladır ki, bir neçə gün əvvəl həmin küçədə hökumətyönlü deputat Qurgen Arsenyanın ofisinin yaxınlığında da partlayıcı qurğu aşkarlanmışdı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol