AZAN ƏSGƏRİMİZİ ERMƏNİ HƏRBÇİLƏR SAXLAYIB - Yeni məlumat (Yenilənib)

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını açıqlayıb.

MTX-dan verilən məlumata görə, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Syünik vilayətinin Teğ icması istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.

Azərbaycan hərbçisinin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlandığı qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. (APA)

***

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Erməni mənbələri isə iddia edir ki, bu gecə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi Gorusun Tex kəndi yaxınlığında Ermənistan ərazisinə keçib.

Məlumata görə, onlardan biri saxlanılıb, digəri isə qaçıb. Ermənilər onun da axtarışlarını davam etdirdiklərini bildiriblər. 

"AzPolitika.info"

635x100

Şərhlər

Yetmalı 2024-02-29 09:46:26

Saxlayıb? nə qəşəng başlıq qoymusunuz,bəlkə əsir götürüb,ya tutublar,ay qırıışmallar....

RÖVŞƏN MURADOV 2024-02-28 14:41:46

Əsgərlərimizə onların qulluq etdiyi mövqeləri və marşrutu əvvəcədən komandirləri göstərməli və onları təlimatlandırmalıdırlar!!!

Son yazılar