BU XƏSTƏXANADA DÖVLƏT VƏSAİTİ TALANIB - Vəzifəli şəxslərə cinayət işi açıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.

Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50.000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2024-03-05 11:17:18

Maraqlıdır ki, bütün bu talanmalara bir başa mesul olan Büdcə Hesablama Palatası nə işlə məşquldu. Sanki bu qurum heç yoxdur.. Neler baş verir. Belədirsə bəs onda . Milli Məclisə tabe olan bu qurumdan heçmi hesabat sorulmaz. Milli məclis Büdcənin icrasın nəzarət edən qrumdu axı .Yarıtmaz. Hesablama palatası iləmi.

Ənvər Yevlaxlı 2024-03-05 10:53:45

Son 3-4 ildə dövlət bəzən 50 il öncəki SSRİ şəbəkəsi kimi təzahür edir? *Təbib* elə, ikili sistemin (pul paylayan) qurbanı kimi yaradılıb? Əlli min 10 nəfərin bir illik maaşıdır, üstəgəl o qədər də təhqiqat xərcləri? Sığortadan gedən xərcdirsə həmin məbləğ özəl dövlətin də yox, xalqındır!

Şəkili 2024-03-04 22:52:30

Xəstəxanalar Səhiyyə nazirliyindən, TƏBİB-ə veriləndən sonra xəstəxanalarda dövlət əmlakının talan olunmasına start verilib, çünki korrupsionerləri yenidən vəzifəyə təyin edilməsidir. Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkim işləmiş korrupsioner Məcid Əliyevi korrupsiyaya görə işdən azad olunmuşdur TƏBİB yenidən Məcid Əliyevi Şəki RMX publik hüquqi şəxs təyin etmişdir, fikirləşmir ki, M.Əliyevdən qalan əskik materialların yeri görünür. Bir..... azmış kimi digər ...üzvü olan Vüqar Məmmədovu maliyyə sahəsi üzrə direktor müavini təyin etmişdir. Vüqar Məmmədov Goğrafiya müəllimidir, saxta yolla iqtisadiyyat diplomu əldə etmişdir. Maliyyə nədir o adam bilmir.... ? Şəki İcra Hakimiyyəti başçısının birinci müavini həsən Həsənovun qaynıdır, ona görə Vüqar Məmmədova hara getsa yaşıl işıq yanır !!!

Kōhne 2024-03-04 21:11:09

Bes bılöırdız 50 mıne göre tutacaqlar ? Ograyırsız 5 milyon ograyın....tutmasınlar.

Səim 2024-03-04 13:21:47

Xəstəxanalara,həkimlərə.xüsusən cərrahlara bu qədər sərbəstlik verəndə,TƏBİB kimi şübhəli qurum qyaradıb səhiyyəni parçalayanda bunu düşünmək vacib idi.Bu sahə xalqı birbaşa soymaqla məşğuldur.Əhali qazancnın 70-80 faizini bunlara verməyə məcbur qalıb.Azərbaycan kimi yeraltı.yerüstü sərvətərəmalik ölkədə səhiyyə pulduz olmalıdır.Bunlar xalqı soymada dabvam edir.Bir baxın.Ərzaq,geydiyimiz sintetik paltar.nəfəs alınan hava,içilən suyun keyfiyyətləri insanları kütləvi xəstə salıb.Səhiyyənin bu özbaşına buraxıması isə xalqı ağır vəziyyətə salmaqda davam edir.

Son yazılar