Menu

Rus ordusundakı muzdluların təlim görüntüləri yayılıb - VİDEO

04.03.2024, 16:21
Rus ordusundakı muzdluların təlim görüntüləri yayılıb - VİDEO

Rusiya ordusunda döyüşmək üçün müqavilə bağlayan Nepal, Vyetnam və Afrikanın müxtəlif bölgələrindən olan muzdlu döyüşçülərin təlim videosu yayılıb.

"AzPolitika" xəbər verir ki, "Telegram" kanallarında paylaşılan bir videoda rus hərbçinin səngərin içindəki muzdlulara ingilis dilində müxtəlif tapşırıqlar verdiyi görünür. Maraqlı məqam odur ki, həm təlimçinin, həm də muzdluların ingilis dilində qurduqları dialoq çox-çox aşağı səviyyədədir.

Qeyd edək ki, hazırda rus ordusunda Afrika, Mərkəzi Asiya və xüsusən də Cənubi Amerika ölkələrindən olan xeyli sayda muzdlu döyüşçü var. Rəsmi təsdiq olunmayan məlumata görə, təkcə Nepaldan 15 min döyüşçü rus ordu sıralarına qoşulub.

"AzPolitika.info"

"Telegram" kanalımızın linki: https://t.me/azpolitika

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol