Almaniyalı generalların Krım körpüsünün vurulmasını müzakirə etdiklərinə dair yayılan səs yazısı Kremli və onun təbliğatçılarını hiddətləndirib.
“AzPolitika” xəbər verir ki, Kremlin ən “ağır çəkili” təbliğatçılarından olan VGTRK baş direktorunun müavini, “Rossiya seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov Krım körpüsünün dağıdılacağı təqdirdə Rusiya tərəfindən Almaniyadakı körpülərin vurulacağını bəyan edib.
Kiselyov Rusiyanın cavab olaraq vura biləcəyi dörd alman körpüsünün adını çəkib: “Almaniyanın şimalındakı Fermansund və Rügen körpüləri, Köln və Maqdeburqdakı Hohenzollern dəmir yolu körpüsü, Berlindən 150 km məsafədə Elbe boyunca iki kanalı birləşdirən körpü”.
Kiselyov bildirib ki, Almaniyada Krım körpüsü uzunluqda körpü olmadığı üçün eyni anda 4 körpüyə hücum etmək lazımdır.
Xatırladaq ki, Almaniyanın Müdafiə naziri Boris Pistorius Rusiyanın alman generalların "Taurus" raketləri ilə bağlı söhbətini paylaşmasını “informasiya müharibəsinin elementi” adlandırıb.
“AzPolitika.info”


Şərhlər