Menu

Qulu Məhərrəmlinin "Məmməd Əmin Rəsulzadə" kitabı Təbrizdə nəşr olundu - FOTO

06.03.2024, 12:59
Qulu Məhərrəmlinin "Məmməd Əmin Rəsulzadə" kitabı Təbrizdə nəşr olundu - FOTO

Təbrizin "Aydın kitablar" nəşriyyatı professor Qulu Məhərrəmlinin müəllifi olduğu "Məmməd Əmin Rəsulzadə" kitabını kütləvi tirajla çapdan buraxıb.

Bu barədə "modern.az"-a məlumat verən "Xudafərin" dərgisinin baş redaktoru Dr. Hüseyn Şərqi Soytürk bildirib ki, Cümhuriyyət qurucusu barədə kitab yerli oxucular arasında böyük rəğbətlə qarşılanıb.

H.Ş.Soytük onu da deyib ki, Təbrizdə nəşr olunan "Xudafərin" jurnalı da ötən sayından başlayaraq M.Ə. Rəsulzadə haqqında kitabdan hissələr çap etməyə başlayıb. İlk olaraq Rəsulzadənin İrandakı məşhur Məşrutə inqilabında (1906-1911) iştirakı, Səttarxanla görüşü və Tehranda "İran nou" adlı fars dilində gündəlik qəzet buraxması barədə hissələr çap olunub.

İndiyədək jurnalın elektron versiyasını on minlərlə izləyici oxuyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol