Menu

Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı şəhər atəşə tutulub - Ölənlər var

06.03.2024, 21:52
Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı şəhər atəşə tutulub - Ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində beş nəfər ölüb.

“Report” “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bildirib.

“Düşmən şəhərin liman infrastrukturuna zərbə endirib. Beş nəfər həlak olub”, – hərbi qurumun nümayəndəsi açıqlayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da səhər saatlarında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birlikdə şəhərdə olduğu zaman Rusiyanın Odessaya endirdiyi zərbəni gördüyünü deyib. O həmçinin qeyd edib ki, Rusiyanın bu həmləsi sonucunda ölən və yaralananlar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol