Menu

DİN Akif Qurbanovun atasının saxlanmasına aydınlıq gətirib

09.03.2024, 21:03
DİN Akif Qurbanovun atasının saxlanmasına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib.

"Report"un xəbərinə görə, nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub.

Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol