Menu

"Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar" - Deputat

11.03.2024, 11:26
"Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar" - Deputat

“Tıxac problemi həddindən artıq ciddi məsələdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, diqqətçəkən çəkən məsələ Bakı-Sumqayıt yolundakı tıxacdır: “Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixikasına necə təsir göstərir? Mənə elə gəlir ki, bu həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar".

Şərhlər

Moshu 2024-03-11 17:35:20

Həqiqətən də Azərbaycanda yol problemi ciddi xarakter alıb. Məs., Çində tıxac problemi daha sadə nəqliyyatın - velosipedin köməyi ilə həll edilir. İnsanlar velosiped sürməklə tıxaclardan qaçırlar. Bizim reallıqlarımızda, əlbəttə ki, velosiped təhlükəlidir və vətəndaşlarımız buna hələ hazır deyillər və velosipedlər üçün xüsusi yolllar müəyyən edilməyib. Sınaq kimi velosiprçilər üçün ayrılan yollar isə effektiv deyil. Məsələn, Afinada nömrələri cüt rəqəmlə bitən avtomobillər ayın cüt günlərində, tək günlərdə isə əksinə hərəkət edir. Qayda yalnız iş günləri tətbiq olunur. Roma, həftə içi saat 6.30-dan 18.00 qədər, şənbə günləri isə saat 14.00-dan 18.00-a qədər şəhərin tarixi hissəsində girişə müvəqqəti qadağa tətbiq edilmişdir. Elektronika qaydalara riayət olunmasına nəzarət edir. Məsələn, Tokioda çox səviyyəli qovşaqları olan yollar tikirlər. Parisdə avtobuslara üstünlük verdilər – Sumqayıt-Bakı yolunda olduğu kimi avtobusların hərəkəti üçün yolda xüsusi zolaqlar yaratmağa başladılar. Son illərdə dünyanın 30 ölkəsində 80-ə yaxın şəhər öz nəqliyyat strategiyasını həll etmək üçün Park et və sür sistemindən istifadə etmişdir. Bu sistem Böyük Britaniyada yaradılmışdır. Xatırlayıram, çox da uzaq olmayan keçmişdə Koreya mütəxəssisləri ikimərtəbəli yolların çəkilməsini öz öhdələrinə götürmüşdülər. Bu layihə böyük məbləğdə vəsait tələb etdiyindən onun reallaşmasından imtina edilmişdir. Hazırda ölkəmizin maddi durumu lazım olan səviyyədədir, Allah bundan da yüksək etsin. Müvafiq qurumlar ölkə başçısı qarşısında tıxac problemi və onun həlli istiqamətində məsələ qaldırsa, cənab Prezident heç vaxt buna etiraz etməz. Sadəcə olaraq gərək ürəyin ağrısın ki, gözündən yaş çıxsın.

Moshu 2024-03-11 15:08:19

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol