“Rusiya Azadlığı” legionu Rusiya ərazisinə keçiərək videomüraciət yayımlayıb

Belqorod və Kursk vilayətlərində Ukrayna Silahlı Qüvvələri ilə Rusiya hərbçiləri arasında döyüşlər davam edir.

“AzPolitika” xəbər verir ki, teleqram kanallarından verilən məlumata görə, Rusiya vilayətlərinə “Rusiya Azadlığı” legionu, RDK və Sibir batalyonunun döyüşçüləri daxil olub. Sərhəd kəndlərində atışmaların getdiyi bildirilir, yerli sakinlər isə tankların hərəkətini qeydə alıblar. Sərhəddə pikap maşınlarında bir neçə silahlı qrup var.

Ukrayna kanalları Ukrayna tərəfində döyüşən Rusiya Könüllülər Korpusunun, “Rusiya Azadlığı” legionunun və Sibir batalyonunun əməliyyatı barədə məlumat yayıb. “Rusiyanın Azadlığı” legionu artıq əməliyyatda iştirakını təsdiqləyib.

Rusiya hərbi müxbirləri sərhəddə döyüş olduğunu təsdiqləyirlər, lakin daha sonra hücum edənlərin itkilər verərək, geri çəkildiklərini iddia edirlər.

Məlumata görə, yük maşınlarında olan bir neçə silahlı qrup minaatan və artilleriyadan istifadə etməklə hücuma keçib. Qeyd olunur ki, hazırda Kursk vilayətinin Tetkino rayonunda və Belqorod vilayətində döyüşlər gedir.

Hələlik Ukrayna hakimiyyət orqanlarından və Rusiya Federasiyasından bununla bağlı rəsmi məlumat yoxdur

Bu arada “Rusiyanın Azadlığı” legionunun üzvləri “Rusiya Federasiyasının Prezidenti seçkilərinə getdiklərini” bildirdikləri video yayımlayıblar.

“AzPolitika.info”