Menu

Rusların ən müasir elektron döyüş sistemi vuruldu - VİDEO

12.03.2024, 13:32
Rusların ən müasir elektron döyüş sistemi vuruldu - VİDEO

Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində Rusiyanın ən müasir elektron döyüş sistemi hesab olunan “Palantin”i məhv edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarına video paylaşılıb.

Elektron döyüş maşınının "HIMARS" raketi ilə vurulduğu bildirilir.

Qeyd edək ki,vaxtilə rus təbliğatçıları bu sistemin iddia edilən unikallığı haqqında fəal şəkildə məlumat yayaraq, onu dünyada analoqu olmayan adlandırırdılar. Bu silahın Ukraynaya qarşı başladılan müharibədə Rusya üçün böyük əhəmiyyət daşıdığını bildirirdilər. Rus ekspertlər bildirirdilər ki, "Palantin" kompleksi, xüsusilə mobil rabitə dalğalarına müdaxilə edərək düşməni “kor edir”. Stansiyanın pilotsuz uçuş aparatlarıyla mübarizə üçün nəzərdə tutulduğu da vurğulanırdı.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol