Dünən Rusiya ordusu tankların və piyadaların döyüş maşınları ilə Kleşçeevka yaxınlığındakı Ukrayna Silahlı Qüvvələrinin 80-ci Hava-Desant Hücum Briqadasının mövqelərinə hücum edib.
“AzPolitika” teleqram kanallarına istinadla xəbər verir ki, desantçılar düşmənə hücum üçün yaxınlaşmağa imkan verməyib.
Yayılan video görüntülərdən aydın olur, çoxlu sayda tank və PDM artilleriyanın dəqiq zərbələri ilə sıradan çıxarılır. Hücumda iştirak edən yalnız bir tank salamat geri dönə bilib.
Həmin görüntüləri təqdim edirik.
“AzPolitika.info”


Şərhlər