Menu

Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO

17.03.2024, 22:17
Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO

Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar. Xezerxeber.az-ın məlumatına görə, Gəncənin Məhsəti qəsəbəsinin 34-36-cı küçələrinin sakinləri evlərinə mavi yanacağın çəkilməməsindən şikayətçidirlər.

Kimi odun-ağacla isinir, kimi elektrik sobasıyla. Elə mətbəxdə də ya maye qazdan, ya da elektrikdən istifadə edirlər.

Qəsəbədə yeni salınan küçələrin bəzilərinə qaz çəkilsə də, bəzi küçələrin sakinləri hələ də problem yaşamaqda davam edirlər.

Sakinlər bildiriblər ki, qazla təmin olunmayan yeni küçələrdə ümumilikdə 200-ə yaxın ev bu məsələdən əziyyət çəkir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Məhsəti qəsəbəsinin bir hissəsinin qazlaşması birliyin gündəmindədir.

Ətraflı süjetdə:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol