Menu

“Trabzonspor” - “Fənərbağça” matçındakı qarşıdurma ilə bağlı araşdırmalara başlanılıb

18.03.2024, 01:25
“Trabzonspor” - “Fənərbağça” matçındakı qarşıdurma ilə bağlı araşdırmalara başlanılıb

“Trabzonspor” – “Fənərbağça” futbol matçından sonra meydana daxil olan azarkeşlərin kimliyinin müəyyən olunması və matçdan sonra baş verən hadisələrlə bağlı dərhal araşdırmalara başlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında yazıb.

“İdman hər şeydən əvvəl alicənablıqdır. Futbol meydançalarında zorakılığın baş verməsi heç vaxt qəbuledilməzdir. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir qeyd edib.

Qeyd edək ki, "Fənərbağça"nın səfərdə "Trabzonspor"a 3:2 hesabı ilə qalib gəldiyi matçda xoşagəlməz hadisə baş verib. Qalib komanda qələbəni qeyd edərkən "Trabzonspor"un bir qrup azarkeşi meydana daxil olub və bu zaman futbolçularla onlar arasında qarşıdurma yaranıb.

Qarşıdurmaya təhlükəsizlik qüvvələrinin əməkdaşları müdaxilə edib. “Fənərbağça”nın futbolçuları bundan sonra paltardəyişmə otağına gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol