Menu

Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu" barədə danışıb - "Biz onlara rahatlıq verməyəcəyik"

18.03.2024, 08:49
Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu" barədə danışıb - "Biz onlara rahatlıq verməyəcəyik"

Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu"nu İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfində döyüşən" "Vlasovçular"la müqayisə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Putin bildirib ki, hamı "Vlasovçular"ın sonunun necə olduğunu yaxşı bilir:

"Biz onlara rahatlıq verməyəcəyik. Onlar bunu bilməlidirlər. Bizdə ölüm hökmü yoxdur, amma biz bu insanlara döyüş bölgəsində olanlar kimi baxacağıq. Onlar əllərində silahla vətənlərinə-Rusiyaya qarşı vuruşurlar. Əgər düşmən “ətçəkən maşını” xoşlayırsa, bu, bizim üçün də faydalıdır. Hüquq-mühafizə orqanlarına onların hamısının adlarını müəyyən etmək və müvafiq tədbirlər görmək üçün tapşırıqlar veriləcək", deyə Rusiya Prezidenti vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol