Menu

“Qərbin Ukraynada müharibə strategiyası iflasa uğrayıb” - Macarıstan hökuməti

18.03.2024, 13:33
“Qərbin Ukraynada müharibə strategiyası iflasa uğrayıb” - Macarıstan hökuməti

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto hesab edir ki, Qərb ölkələri Ukraynadakı müharibə ilə bağlı strategiyalarının “uğursuzluğunu” etiraf etməlidirlər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Macarıstan XİN başçısı Qərb liderlərinin müharibəni dayandırmaq imkanlarının olduğunu, lakin bunu etmədiklərini iddia edib: “Qərbi Avropa liderləri etiraf etməlidirlər ki, onların Ukraynada müharibə strategiyası iflasa uğrayıb və onlar silah tədarükünə deyil, səylərinin yarısını belə sülhə sərf etsəydilər, atəşkəsə çoxdan nail olardılar”.

Siyartoya görə, Avropa ölkələri öz hərəkətləri ilə “getdikcə daha da kəskinləşən dünya müharibəsi təhlükəsini” yaxınlaşdırırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol