DTX İCRA BAŞÇISINI ÖLDÜRMƏK İSTƏYƏNİ HƏBS ETDİ - Bu şəxslərə qarşı da sui-qəsd hazırlayırdı + VİDEO

Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında bildirilib.

Məlumatda bildirilir: "Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranmışdır.

Müəyyən edilmişdir ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar vermişdir.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, Bəhruz Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməmişdir.

Hazırda cinayət işi üzrə bütün xüsusatların araşdırılması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir". 


"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu. 2024-03-26 17:13:05

Üzü yaya gəlir,istirahat mərkəzlərin əsl yarışı gedir lənkaran və onun ətrafında,heç olmasa belə olayları saitlərimiz araşdırıb işıqlandırsa bu dövlətimizə və millətimizə aydın olar.

Oxucu. 2024-03-26 13:23:36

Keçmiş xarici işlər naziri Tofiq Zülfiqarovda bu odda yanmaz,suda batmaz icra hakimiyətindən tənqidi məqalə yazmışdı,yəqin oda iran xususu quvvələrinin təsirində olub,bir məqamə fikir vern rayonlarda ingilis dilini təbliğ edənləri öldürmək,doğurdanda anqlasakslar ən incə hisslərlə söz terorunu yarada bilir və sadə insanları buna inandırır,sonra hərəkətə keçir.

Şəkili 2024-03-25 20:45:44

İcra Hakimləri 5-ildən bir yerləri dəyişilməlidir, ancaq uzun müddət bir kreslonu zəbt edirlər və xalqa xidmət göstərmirlər, öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrultmurlar. 13 ildə İcra başçısı bir rayonda işləyər, ondan başqa 1-ci müavini 26 il, o biri müavini 20 il və s... Bu rayonda inkişaf olarmı ?

Mubariz 2024-03-25 15:04:55

Sadə ,vicdanlı ,dürüst ,səmimi varlı olsa belə ona toxunan olmur ,nədənsə həmişə hədəfə belələri gəlir ( Elmar Vəliyev ) deməli hökumət nəticə çıxarmalıdır .Əks halda -xaos

Son yazılar