Menu

“KROKUS”DA OFİSİANT İŞLƏYƏN AZƏRBAYCANLI 100-DƏN ARTIQ İNSANI XİLAS EDİB - VİDEO

25.03.2024, 14:36
“KROKUS”DA OFİSİANT İŞLƏYƏN AZƏRBAYCANLI 100-DƏN ARTIQ İNSANI XİLAS EDİB - VİDEO

Martın 22-də "Crocus City Hall”-da törədilən dəhşətli terror aktı zamanı Azərbaycan vətəndaşı Kamil Nəsibov 100-dən artıq insanın həyatını xilas edib.

“AzPolitika” xəbər verir ki, bu barədə həmvyerlimiz Rusiyanın məşhur “Telegram” kanalı olan “SHOT”-a müsahibə verib.

O, müsahibəsində “Krokus”-da ofisiant işlədiyini bildirib. Kamil hadisə baş verən gün insanlara necə yardım etməsindən danışıb.

“Faciə günü dostum ilə birlikdə “Krokus”da işdə idik. İşimiz saat 19:55 radələrində başa çatdı. Çöldə olan zaman yüksək qışqırıq səsləri eşitdik. Qorxduq və dostumla birgə ən yaxın binaya doğru qaçdıq. Ancaq sonra qayıtmaq qərarına gəldik”,-deyə o qeyd edib.

Kamil güllə yarası almış bir neçə nəfəri yolun kənarına sürüyüb apardığını, konsertə gecikənlərin hamısını ərazidən uzaqlaşdırdığını, yerdəki yaralıları təcili yardım maşınlarına daşıdığını, içəri daxil olaraq naməlum istiqamətdə qaçan 80-ə yaxın insanı çıxışa doğru apardığını bildirib.

K. Nasibov qeyd edib ki,  o, teraktın baş verdiyi əraziyə gedib və yerdə fənəri yanılı olan telefon görüb. Qəfil zənglə telefonda Kamilla adlı qızın xilas edilməsi üçün ondan kömək istənilib. Həmin telefonun köməyi ilə Kamil FHN-nə məlumat verib və qız xilas edilib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol