Menu

“Bəzi ölkələr sursat göndərməyi dayandırıb” – İsrailə qarşı “səssiz boykot” başlayıb

25.03.2024, 16:07
“Bəzi ölkələr sursat göndərməyi dayandırıb” – İsrailə qarşı “səssiz boykot” başlayıb

Artıq 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlarını davam etdirən İsrailə bəzi ölkələr hərbi sursat verilməsini dayandırıb. İndi həmin ölkələr İsrailə qarşı “səssiz boykot” həyata keçiririlər.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “KAN” hərbi mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, İsrail müharibədə ehtiyac duyduğu və son vaxtlar tədarükündə çətinlik çəkdiyi silah-sursatları əldə etmək üçün müxtəlif yollar axtarır.

Mənbə bildirib ki, İsrailə dəniz gəmiləri üçün silah satan İtaliya, “Dəmir Qübbə”də istifadə edilən vacib çiplər və alt komponentlər tədarük edən Kanada artıq bitərəf mövqe nümayiş etdirməyə başlayıblar.

Qeyd olunub ki, Fransa və Almaniya da İsrail hərbi avadanlıqların tədarükünü dayandırmaqla hədələyiblər. Hərbi texnika baxımından İsrailin əsas dəstəyinin ABŞ olduğunu vurğulayan mənbə, hələ də ABŞ-dan yardımların gəldiyini, lakin Rəfah əməliyyatının bu vəziyyətə təsir edə biləcəyini bildirib.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2024-03-25 22:16:15

Sülhə sadiq hər bir dövlət hər hansı təcavüzə, işğala və müharibəyə qarşı ciddi-kəskin boykot mövqeyində durmasa, onsuz da tükənən dünya aləmini hərbi terrorlar və müdaxilələr məhv etməkdədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol