Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.
Bildirilir ki, ölkənin 30 əyalətində eyni vaxtda həyata keçirilən “BOZDOĞAN-17” əməliyyatlarında 147 şübhəli yaxalanıb.
Onun sözlərinə görə, təxminən bir il ərzində İŞİD üzvlərinə qarşı ümumilikdə 1 329 əməliyyat keçirilib və 2 919 şübhəli saxlanılıb:
“Biz ilin 365 günü, dörd mövsüm, 12 ay, gecə-gündüz əməliyyatlar təşkil edirik. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”, - deyə nazir vurğulayıb.
***
İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda Respublika Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmada 27 nəfərin İŞİD-ə bağlı fəaliyyət göstərdiyi müəyyən edilib.
Bundan sonra İstanbul polisi əməliyyat keçirərək 17 şübhəlini saxlayıb.
Digər şübhəlilərin tutulması üçün axtarışlar davam edir.


Şərhlər
“İşid” terror teşkikatının ve ümumiyyetle müselmanların adına yatadılmoş terror teşkilatlarının “Müellifleri” Vatikan ve dünyanı idare eden ingilis yehudi güc “Merkezleridir”.