Ramazan ayının on yeddinci gününün imsak, iftar və namaz vaxtları - FOTOLAR

Sabah Ramazan ayının on yeddinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 27-də imsak vaxtı saat 05:05-də, iftar vaxtı isə 19:14-dədir.

Martın 27-si üçün namaz vaxtları:

Sübh azanı05:10
Günorta azanı12:46
İkindi azanı17:11
Axşam azanı19:14
Yatsı azanı20:16

On yeddinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”

Tərcüməsi:

“İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Muhəmmədə və onun pak ailəsinə salavat və rəhmət bəxş elə!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar