Menu

Göygöldə iki bacı dəm qazından zəhərlənib

26.03.2024, 22:59
Göygöldə iki bacı dəm qazından zəhərlənib

Göygöl şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2013-cü il təvəllüdlü N.Atayeva və 2017-ci il təvəllüdlü S.Atayeva yaşadıqları evdə dəm qazından zəhərlənib.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol