Ukrayna Milli Təhlükəsizlik Şurasının yeni rəhbəri sabiq Rusiya kəşfiyyatçısı imiş

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (TŞ) rəhbəri Aleksey Danilovu əvəz edən Aleksandr Litvinenko Moskvada - SSRİ DTK-nın (KQB) Ali Məktəbində təhsil alıb. Açıq mənbələrdən məlum olub ki, son üç ildə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsində çalışan 51 yaşlı Litvinenko Sovet İttifaqı dağılandan sonra da Rusiyada FTX (FSB) Akademiyasında şifrələyici işləyib.

Daha sonra o, Ukrayna TŞ-də hökumət rabitəsi şöbəsində çalışıb, Strateji Araşdırmalar İnstitutunda işləyib, daha sonra TŞ-yə informasiya və analitik təminat şöbəsinin rəis müavini kimi qayıdıb.

Litvinenko 2021-ci ildə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib. (Mənbə: mk.ru)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar