Belçika başda olmaqla Avropa şəhərlərində terror təşkilatı PKK-nın türklərə qarşı iyrənc hücumları davam edir.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Brüssel polisi terrorçuları müdafiə etməyə çalışsa da, türklər növbəti dəfə PKK-çılara lazımi cavabı veriblər.
Belə ki, Heusden Zolder şəhərində PKK tərəfdarları türk məhəlləsinə hücuma cəhd etsə də, istəklərinə nail ola bilməyiblər. Məhəllədəki 400-ə yaxın türkü görən PKK-çılar ərazidən qaçmağa məcbur olublar.
Qeyd edək ki, PKK dəstəkçiləri bir neçə gündür Avropada yaşayan türklərin iş yerlərinə, dərnəklərinə, evlərinə, eləcə də məscidlərə hücumlar təşkil edirlər. Türklərə qarşı diskriminasiya əsasən, Leypsiq, Frankfurt, Gissen, Darmstadt, Lozanna, Bazel və Vyana şəhələrində qeydə alınıb.
“AzPolitika.info”


Şərhlər