“Ramazan ayı onları öldürmək üçün ən yaxşı vaxtdır” – İsrailli deputat nifrət qusur

İsrailin Yəhudi Güc Partiyasından olan millət vəkili Almoq Koen fələstinlilərin sığındığı Qəzza zolağının Rəfah şəhərinə qurudan hücumla bağlı tarixin ən alçaq çağırışını edib.

“Ramazan ayı onları öldürmək üçün ən yaxşı vaxtdır”, - deyə nifrət qusan bir açıqlama verib.

“Ramazan ayı olduğu üçün İsrailin Rəfaha niyə qurudan hücum etmədiyini anlaya bilmirəm. Onlar yorğun və zəifdirlər. Onlara yazığım gəlmir. Qardaşlarım üçün (İsrailli məhbuslara-red.) üzülürəm. Baş naziri (Netanyahu-red.) Rəfaha girib onları öldürməyə çağırıram”,-deyə işğalçı İsrailin faşist düşüncəli deputatı bildirib.

Fələstinlilərin sığındığı Rəfaha mümkün quru hücumu ilə bağlı ABŞ administrasiyasının mövqeyi ilə bağlı suala müsəlman düşməni Koen, “Rəfaha quru hücumu ilə bağlı qərar Baş nazir Benyamin Netanyahuya məxsusdur”, - deyə cavab verib.

“AzPolitika.info”

635x100

Şərhlər

Mehman 2024-03-27 15:24:28

Allah sənə acilən bir bəla versin.

Son yazılar