Narışkin Şimali Koreyaya niyə gedib? – KXDR rəhbəri də öz nazirini Moskvaya göndərir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin Şimali Koreyaya (KXDR) üç günlük səfər edib.

“AzPolitika” xəbər verir ki, bu barədə cümə axşamı Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA məlumat yayıb. Məlumat sonradan SVR tərəfindən təsdiqlənib.

KCNA-nın məlumatında qeyd edilib ki, səfər martın 25-27-də baş tutub, tərəflər Pxenyanda “düşmən qüvvələrin intriqalarına cavab olaraq əməkdaşlığı daha da gücləndirmək üçün işgüzar məsələləri” müzakirə ediblər. Xəbərdə həmçinin deyilir ki, KXDR-in Xarici İqtisadi İşlər naziri Yun Conqho danışıqlar aparmaq üçün Moskvaya gedib.

SVR bildirir ki, Narışkin Pxenyanda “xarici qüvvələrin təzyiqini artırmaq cəhdləri qarşısında qarşılıqlı əlaqələrin dərinləşdirilməsini” müzakirə edib və danışıqlar dostluq şəraitində keçib.

“Financial Times” qəzeti bu yaxınlarda yazıb ki, Rusiya BMT-nin Pxenyana qarşı sanksiyalarına baxmayaraq, Şimali Koreyaya birbaşa neft tədarük etməyə başlayıb. Nəşrin məlumatına görə, neft tədarükü martın 7-də başlayıb - bunlar BMT sanksiyalarının tətbiqindən sonra ilk sənədləşdirilmiş tədarüklərdir. Peyk çəkilişlərinə görə, mart ayında Rusiyanın Uzaq Şərqdəki “Vostoçnı” limanından ən azı beş Şimali Koreya neft tankeri çıxıb. İki gəmi daha sonra Şimali Koreyanın “Çonjin” limanına doğru yola düşüb.

Ehtimallara görə, ötən ilin avqustunda KXDR Rusiyanı sursatla təchiz etməyə başlayıb.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar