Menu

NATO Ukraynaya dəstək göstərəcək

03.12.2014, 11:30
NATO Ukraynaya dəstək göstərəcək

Dekabrın 2-də NATO xarici işlər nazirləri Ukraynaya siyasi və praktiki dəstək göstərəcəklərini açıqlayıblar.

Ukraynanın yeni hökuməti artıq islahatları həyata keçirmək yolundadırlar. "Ukraynanın öz təhlükəsizliyini daha yaxşı təmin etməsi üçün islahatların sürətləndirilməsində ölkəyə yenə də yardım göstərəcəyik", - NATO-Ukrayna komissiyasının toplantısından sonra NATO baş katibi Yens Stoltenberq bildirib.

NATO xarici işlər nazirləri toplantıya Kiyevdən video bağlantı ilə qoşulan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinlə danışıqlar aparıblar. Nazirlər Ukrayna və ətrafında gedən hadisələri müzakirə ediblər. Həmçinin NATO-Ukrayna komitəsinin sentyabrda Uels sammitindəki görüşündən sonrakı inkişafa nəzər yetiriblər. NATO xarici işləri bildiriblər ki, vəkalət fondları, nəzarət, kommunikasiya, kompüter, təchizat və standartlaşdırma, kiber müdafiə layihələri, hərbi karyera dəyişiklikləri və tibbi reabilitasiya əməli xarakter daşıyacaq. Bu yaxınlarda yaralı əsgərlərin reabilitasiyası üçün 5-ci vəkalət fondu qurulub. Stoltenberq bildirib ki, "vəkalət fondları" NATO dəstəyinin "konkret" göstəricisidir. Bunlar Ukrayna müdafiə qüvvələrinin müasirləşdirilməsinə, şəffaflığın və effektivliyinin artmasına, həmçinin münaqişədən zərər çəkənlərə xidmət edəcək.

Baş katib vurğulayıb ki, Rusiya Ukraynada sabitliyi pozmağa davam edərsə, NATO yenə də Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü siyasi cəhətdən qətiyyətlə dəstəkləyəcək. Stoltenberq NATO-nun Rusiya-Ukrayna böhranının siyasi həllinə kömək göstərəcəyini bir daha təsdiqləyib. "Minsk müqaviləsi dinc həll üçün struktur rolunu oynayır. Ukrayna öz öhdəliklərini yerinə yetirmək üçün ciddi səy göstərib. Rusiya və havadarlıq etdiyi separatçılar isə öhdəliklərə əməl etməyiblər. Biz Rusiyanı öz öhdəliklərinə əməl etməyə, öz qüvvələrini və hərbi texnikasını Ukrayna ərazisindən və Ukrayna ilə sərhəddən geri çəkməyə və sərhəddə effektiv beynəlxalq monitorinqə şərait yaratmağa çağırırıq". Nazirlər daha sonra Rusiyanın Krımda hərbi qüvvələri artırmasını və Qara dənizdə də qüvvələri artırmaq planını qınayıblar.

Baş katib Stoltenberq oktyabr seçkilərindəki müvəffəqiyyətinə görə Ukrayna hökumətinə təşəkkür edib. "Seçkilər Ukraynanın demokratiya, birlik və Avropa inteqrasiya seçimini təsdiqlədi", - o deyib. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol