YENİ QAYDALAR, YENİ MƏHRUMİYYƏTLƏR... – Taksi xidməti ilə məşğul olanları nələr gözləyir?

Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Taksi xidməti üçün bundan sonra tətbiq ediləcək əsas qaydalar qısaca bunlardan ibarətdir:

- Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz;

- 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır;

- taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirilməlidir;

- avtomobilin boş və ya dolu olduğunu bildirmək üçün müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır;

- taksidə sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi vacibdir;

- taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz olmalıdır;

- gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal vacibdir;

- taksi minik avtomobilləri “ABS” əyləc sisteminə malik olmalıdlr;

- taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov yeni qaydalarda daha çox müzakirə olunan “1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır” tələbini belə izah edib: Hazırda 14 yaşa qədər avtomobili olan və ondan taksi kimi istifadə edən vətəndaşlar bu fəaliyyəti davam etdirmək istəyirlərsə, maşınını yeni qaydalarda göstərilən digər tələblərə də uyğunlaşdırıb Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək buraxılış kartını ala bilər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. Bundan sonra həmin avtomobillərin yaşı 15-ə çatana qədər ondan taksi kimi istifadə edə bilərlər. 8 və 15 il tələblərinin başqa bir incəliyi də var. Əgər vətəndaşın avtomobilinin yaşı 8-ə yaxındırsa, o, buraxılış kartı aldıqdan sonra 15 ilə qədər (avtomobilin 15 yaşına qədər – red.) ondan istifadə edə biləcək”.

Yeni qaydalarda ancaq ağ və qırımızı rəngdə olan avtomobillərdən istifadə tələbinə hüquqşünas belə aydınlıq gətirib: “Rənglə bağlı bu tələb iyulun 1-dən sonra ölkəmizə gətiriləcək, yaxud burada istehsal olunacaq taksilərə aiddir. Bu o deməkdir ki, kiminsə əlində başqa rəngdə taksi kimi istifadə etdiyi avtomobil varsa, yaxud iyulun 1-ə qədər başqa rəngdə maşını gətirib taksi kimi istifadə edəcəksə, həmin avtomobillər yeni qaydalardakı digər tələblərə də cavab verərsə, elə olduğu rəngdə ondan taksi kimi istifadə etməkdə davam edəcəklər”.

Hökumətin taksi xidmətində yeni qayda-qanun yaradacağı ötən ildən məlum olsa da, Naizrlər Kabineti bununla bağlı ictimai müzakirələr keçirməyib. Nə vətəndaş cəmiyyəti institutları, nə parlament, nə də media prosesdə iştirak etməyib. Baxmayaraq ki, qaydalar on minlərlə vətəndaşın peşəsinə, güzəranına təsir edir, eləcə də əksər əhali qurupları ondan təsirlənəcək.

Ərşad Hüseynovun izahatından məlum olur ki, bundan sonra yaşı 15-dən artıq olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olanlar çətin seçim qarşısında qalacaq: ya bu sektoru tərk etməli, ya da təzə avtomobil alıb, onu yeni tələblərə uyğunlaşdırıb peşəsinə davam etməlidirlər.


Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda avtomobil parkının 80 faizinin yaşı 15 il və daha artıqdır. Ötən ilə ölkəyə idxal olunan 90 mindən artıq maşının cəmi 12 mini elektrik və hibrid olub.Yaşlarına gəlincə 60 faizdən artığı 8-15 il əvvəlin istehsalı olub. Statistikadan belə məlum olur ki, taksi sistemindəki maşınların əksəriyyəti yeni qaydalara uyğun gəlmir. Bu da avtomobil bazarında xaosa səbəb ola bilər. Şübhə yoxdur ki, “qoca” maşınların dəyəri kəskin ucuzlaşacaq, yenilərin, xüsusən də ağ və qırımızı rəngli avtomobillərin dəyəri bahalaşacaq. Nəticədə, vətəndaşların əmlakının dəyərsizləşməsi ilə yanaşı onların yeni maşınlar almaq imkanları azalacaq.

Bu sektorda xeyli sayda sahibkar da fəaliyyət göstərir. Belə ki, onlar xaricdən taksi xidməti üçün əlverişli olan “Prius” modelli avtomobillər gətirərək onu kirayə verib pul qazanırlar. Son illərdə populyarlıq qazanan bu biznes iş adamlarına babat gəlir gətirib. Belə məlum olur ki, yeni qaydalar onlara da toxunacaq. Köhnə maşınları olan sahibkarlar ciddi ziyana düşəcək, imkanlı iş adamlarının mövqeləri isə möhkəmlənəcək.

Taksi xidmətinin bir qrup imkanlı iş adamının və ya oliqarxın əlində cəmləşməsi isə bu xidmətin də inhisarlaşmasına gətirib çıxara bilər.

Bir məqamı da qeyd edək ki, sərəncamında 15 yaşa qədər avtomobil olanların yeni qaydalara “uyğunlaşması” kifayət qədər xərc tələb edir. Yuxarıda taksilərdə hansı yeni cihazların quraşdırılması tələbi barədə ətraflı məlumat verilib. Şübhəsiz ki, onların hamısı taksi sürücüsünün öz büdcəsi hesabına təmin olunmalıdır.

Məlumdur ki, ölkədə fəaliyyət göstərən “Bolt”, “Uber” və s. kimi xarici şirkətlərə on minlərlə insan qoşulub və onlar bazarda hökmran mövqeyə malikdirlər. Nazirlər Kabinetinin yeni qayadlarına bu şirkətlər də əməl etməyə məcburdur. Yəni sistemdəki maşınlar saf-çürük ediləcək, tələblərə uyğun olmayanlar kənarlaşdırılacaq. Yəni bundan sonra vətəndaşın öz maşını ilə adıçəkilən şirkətlərdə qeydiyyatdan keçib taksi xidməti ilə məşğul olması çətinləşəcək. Müraciət edənlərin maşınları göstərilən qaydalara uyğun olmalıdır.


Şübhəsiz ki, Nazirlər Kabinetinin yeni qaydaları taksi xidmətində qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Bir məqamı da nəzərə alaq ki, avtomobillərin “Avro 5” standartlarına cavab verməsi tələb olunur. Bu da həmin tələblərə uyğun olmayan xeyli sayda avtomobilin taksi fəaliyyətinə son qoyulması deməkdir.

Eyni zamanda 8 ildən “cavan” olan avtomobillərin bir çoxu isə “Aİ-92” deyil, daha yüksək oktanlı benzinlə çalışır ki, bu da ucuz taksi dövrünün qapanacağından xəbər verir.

Məsələnin sosial tərəflərinə gəlincə, qeyri-rəsmi məlumatlara görə, bu sektorda 100 minə yaxın vətəndaş çalışır. Bu, təxminən elə o sayda ailə deməkdir. Azərbaycanda taksi sürüb pul qazanmaq həm də əli hər yerdən üzülən insanların sonuncu ümid yeridir. Təsadüfi deyil ki, bu sahədə olanların əksəriyyəti başqa sektorlarda işlərini itirənlər və ya, ümumiyyətlə, iş tapa bilməyənlərdir. Bu səbəbdən rayonlardan Bakının taksi bazarına böyük axın var. Yeni qaydalar onların böyük bir hissəsinin gəlirdən məhrum olması deməkdir. Maraqlıdır, Nazirlər Kabineti bu sektorda işini itirənlər üçün nə isə fikirləşibmi? Yoxsa yenə də vətəndaşlar taleyin ümidinə buraxılıb?…

E.Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Fazil 2024-04-11 16:41:17

İndiki halda öz avtomobilləri ilə taksi xidməti göstərən vərəndaşlara yeni gətiriləcək avtomobillərdə işləmək təklif olunmalıdıBu zaman narazılıq azala bilər

Kamran 2024-04-11 16:38:43

Sərnişin daşımaları kimi strayeji sahəni şəxsi əllərə verilməsi bu sahəni iflic vəziyytinə salmışdır. Nəqliyyatda düşünülməmiş.,hesablnmamış eksperimentlər tətbiqi Azərbaycanda bu sahədə xaos yaradıb.Bunun üçün vətəndaşların toplam yaşam yerləri.sayı,gündəlik.aylıq geliş saylaarı,hərəkət marşrutları və bu marşrşrutlara xidmət edəcək avtobusların tutumu,sayı,hərəkət qrafiki,intervallar hesablanmalı və ən optimal variant ttbiq edilməlidir.BU işləri sahibkar görə bilmədiyindən xaos hökm sürür.Ona görə bu sahə mütləq dövlətin əlində olmalıdır.i

Nəqliyyatçı 2024-04-08 17:45:20

Bakı şəhərində sərnişinləriı istər avtobuslarla.istər taksilərlə xidmət geç bir kriteriyaya cavab vefnit və bu sahədə götülən və görülməsi nəzərdə tutulant işlər qnaətbəxş hesab edilə bilməz.Çünki avtobusla sərnişin daşımalarının xüsusi əllərə verilənəsi bu sahənin işini normallaşdırmağa yoz.pətakəbdəliyə vəəhalinin narazılığına səbəb olub.belə bur strateji sahəni şəxsi əllərə tapşırmağın geç bir əsası yovdur və ola bilməz!Çünki Bakl kimi 4-5 milyonluq şəjər əhalisinə 30 4 şəxsin güc yetərli sayıla bilməz.bu sahə bötük investisiya.hormal hesablama.ciddi nəzatət sistemi. və dövlət himayəsi mütləqdir.

Hət şey olduğu kimi 2024-04-02 12:26:19

Bunlar qayda anlayır?eEvdə bişməyib,qonşudan gəlməyib.Təsadüfi,qeyri professianalları vəzifəyə təyin etmək Azərbaycanda xaotik vəziyyətin yaranması və bəzi xalq düşmənlərinin,mənşəi gizli saxlanılanların talan etməsi,ölkədən çıxarması üçün şərait yaratmaq və bütün gəlirli sahələrin PaşaXoldinqin əlinə verməkdir ki,soyğunçuluq davam etsin.Guya bu kənardan görünmür.

MOŞUYA 2024-03-31 12:57:29

Yəqin belə vəziyyət hakimiyyətə sətf edir.Cinayət artarsa DİN.Məhkəmələrin rüşvəti artar O isə kimlərinsə varlanmasına səbəb olar.Xalqı düşünən var?Varsa göstər!

Nəqliyatçı 2024-03-30 15:45:39

Sərnişin daşımalarını təşkil etmədən,işsizlik problemini həll etmədən,kifayət qədər şəhər əhalisini ehtiyacları olan hərəkət marşrutları,normal intervaə yaratmadan bu qədər qadağalar,cərimələrlə əhalini qıcıqlandırmaq,əziyyətə,xərcə salmaq hansı cəmiyyətin məhsuludur?Bu qədər başsız,əlaqəsiz,ağılsız,əhalini narazı salan qərarlar verməkdə məqsədiniz nədir?Bunu öncə açıqlayın,xalq bilsin.tƏvvəl şərait yaradılar,sonra sivil ,qanunu (qərarə yox!) pozanlara qarşı ölçü götürülər.Nİyə bunlar Azərbaycanda baş-ayaq düşünülür və əhalini narazı salan yersiz və qanunsuz qərarlar qəbul edilir?

Moshu 2024-03-30 14:14:17

“Azpolitika”nın 2023-cü il 10 noyabr sayındakı məlumatlara nəzər yetirsək 1 yanvar 2022-ci il Azərbaycanda təxminən 1.419.870 minik avtomobili var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda qeydiyyatda olan 1.4 milyon ədəd minik avtomobilinin 45 faizi (634 mindən çoxu, təxminən hər 2 avtomobildən biri) yaşı 20 il və daha çoxdur. Yaşı 10-20 il olan avtomobillərin sayı isə 545.265-dir ki, bu da ümumi sayın 38.4 faizini təşkil edir. Ümumi avtomobillərin cəmi 17 faizinin yaşı 10 ilə qədərdir. Əvvəlki illərlə müqayisədə Azərbaycanda “qoca” maşınların sayı artmışdır. Belə ki, 2019-cu ildə Azərbaycanda yaşı 10 ildən çox olan avtomobillər 78 faiz təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 80 faiz, ötən il isə 83 faiz olmuşdur. Ölkənin avtobus parkında isə vəziyyət daha xoşagəlməzdir. Belə ki, ölkədə olan 31 mindən çox avtobusun 63 faizdən çoxunun yaşı 20 il və daha çoxdur. Avtobusların sadəcə 12 faizə yaxınının yaşı 10 ilə qədərdir. Görəsən Nazirlər Kabinetinin bu rəqəmllərdən məlumatı varmı? Heç kimə sirr deyil ki, normativ hüquqi aktlar bir qayda olaraq maraqlı təşkilat tərəfindən hazırlanır və müvafiq orqana təqüdim edilir, bu müvafiq oeqan da notaries rolunu oynayaraq bu sənədə rəsmi don geyindirir. Qanunvericiliyin ekspertizası deyilən bir qurum var, bu qurum da ölü doğulan uşaq kimi bir bədbəxt bir şeydir. Bir sözlə Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. Hansısa normative hüquqi sənəd hazırlanarkən onun iqtisadi səmərəliliyi öyrənilir, plyusu, minusu dəyərləndirilir. Bizdə isə əksinə. Görün nəticədə nə qədər ailə başçısı, cavanlar işsiz qalacaq, son nəticədə oğurluq, quldurluq, digər neqativ hallarının sayı kəskin dərəcədə artacaq

Rasim Quliyev 2024-03-30 11:13:24

Döz döz birazcada Döz

Elmn Rəsulov 2024-03-30 08:24:37

BU məhrumiyyətlərə,qaydalarla, sosial ədalətsiklə, pətakəndəlik yaratmaqla bu işsizlik. kasıblıq şəraitində AZərbaycan vətəndaşının talei niyə düşünülmür?AZərbaycan millətini hara sürülənir?

RR 2024-03-30 06:01:54

hmm

Kōhne 2024-03-30 05:30:04

50 mın nefer yeni išsız ordusu yaranacaq.......

Rahim 2024-03-30 01:17:53

Bu ölkədə hər şeyin sahibi olmalıdır!

Rasim Quliyev 2024-03-29 22:36:27

Qanun kasıblar üçündür.İş yoxdur deyə camaat şəhərə gəlir

Milli balta 2024-03-29 17:11:47

Bəs 1 ay videonu yaddaşda saxlayan kamera?

Son yazılar