Menu

Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri olacaq

29.03.2024, 22:18
Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri olacaq

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov Ukraynanın Moldovadakı səfiri olacaq.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 29-da çıxışı zamanı deyib.

“Moldova bizim üçün həm regionda təhlükəsizlik problemləri baxımından, həm də ikitərəfli qarşılıqlı fəaliyyətimiz baxımından son dərəcə vacib dövlətdir”, - Zelenskli qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol